Baxımsız vəziyyətdə olan 63 yaşlı kimsəsiz qoca sığınacağa yerləşdirilib
Bakı, 5 fevral, AZƏRTAC
Paytaxtın Azadlıq prospekti, 24/184 ünvanında qarajların birində kimsəsiz və baxımsız şəraitdə yaşayan vətəndaş barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat daxil olan kimi əməkdaşlar dərhal onun məskunlaşdığı ünvana üz tutublar.
AZƏRTAC xəbər verir ki, nazirliyin əməkdaşları uşaq evində böyüyən Həsənov Saleh Əbdül oğlunun hazırda 63 yaşı olduğunu öyrəniblər. Müəyyən edilib ki, o, ailə həyatı qurmayıb, hazırda əmək fəaliyyəti məhduddur, 20 ildən çoxdur ki, müxtəlif ünvanlarda baxımsız vəziyyətdə yaşayır. Onunla söhbət aparılandan sonra özünün razılığı ilə nazirliyin yaşayış yeri olmayanlar üçün sığınacağına yerləşdirilib və lazımı şəraitlə təmin olunub.
Saleh Həsənov ona göstərilən qayğıya görə minnətdarlıq edib.