BDU-da “Fizikada müasir baxışlar” adlı beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Milli Nüvə Fizikası İnstitutu (İtaliya), COMSATS Universiteti, Lahor Universiteti (Pakistan), Orta Doğu Texnik Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Sivas Cümhuriyyət Universiteti (Türkiyə), Delaver Universitetinin (ABŞ) birgə əməkdaşlığı ilə noyabrın 29-dan dekabrın 1-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir baxışlar” adlı VIII beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Konfransın məqsədi fizika sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ istiqamətləri müəyyənləşdirmək, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir. Konfransda nəzəri və yüksək enerjilər fizikası, biofizika, kodensə olunmuş hal fizikası, materialşünaslıq və maddə mühəndisliyi, kosmos elmləri və astrofizika istiqamətləri üzrə məruzələr dinləniləcək.
Tezislər noyabrın 3-dək təqdim oluna bilər. Yalnız qəbul olunmuş tezislər dərc ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2025 [13:04]
ADA Universitetində Məzun günü keçirilib
- 19.06.2025 [21:41]
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
- 19.06.2025 [18:54]
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib
İqtisadiyyatın “dəmir damarı”
- [11:34]
Qazaxda arpa biçininə başlanılıb
- [10:36]
“Şəki Open 2025” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub
- 19.06.2025 [23:51]
Nigar Arpadarai: İqlimə dayanıqlı KOB-lar təşəbbüsümüzə 46 tərəfdaş qoşulub
- 19.06.2025 [23:35]
İçərişəhərdə “Muğam saatı” səs performansı keçirilib
- 19.06.2025 [22:41]
Xəzər dənizi vasitəsilə konteyner daşımalarının qiyməti azalır
- 19.06.2025 [22:25]
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
- 19.06.2025 [21:41]
ADY-ın “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verilib
- 19.06.2025 [21:23]
Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışlarda üç medal qazanıblar
- 19.06.2025 [21:18]