ELM VƏ TƏHSİL
BDU-da rusiyalı alimlə elmi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 1 dekabr (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) biofizika kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Andrey Rubin Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
BDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov qonağa rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Rusiyanın universitetləri, o cümlədən MDU ilə də əməkdaşlıq edir. Nanotexnologiya və innovasiyadan danışan rektor, MDU alimlərinin bu sahədəki təcrübələrini Azərbaycan alimləri ilə bölüşdüklərini, səmərəli və birgə işbirliyi qurulduğunu qeyd etmişdir.
Qonaq BDU-da elm və təhsilin inkişafında böyük irəliləyiş olmasından məmnunluğunu diqqətə çatdırmış, əlaqələrin daha səmərəli və sıx qurulmasında maraqlı olduğunu söyləmişdir.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]