BDU-da yeni klub fəaliyyətə başlayıb
Bakı, 13 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə “Kitab qurdu” adlı klub yaradılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, kluba fakültənin ədəbiyyata və mütaliəyə həvəsi olan istedadlı tələbələri üzv olub. İlk olaraq klubda böyük yazıçı və dramaturq Abdulla Şaiqin “Tələbə həyatı” əsəri müzakirə edilib. Fakültənin dekanı Vüqar Əliyev Abdulla Şaiqin həyat və yaradıcılığından danışıb. Tələbə elmi cəmiyyətinin rəhbəri Vəfa İsgəndərova isə ədibin “Tələbə həyatı” əsəri haqqında ətraflı məlumat verib.
Klub üzvləri əsərdəki obrazlar barədə fikir mübadiləsi aparıblar.