Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş minifutbol yarışı təşkil olunub
Bakı, 2 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Təhsil” RİM-in 8 nömrəli OEUGİM-in birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş minifutbol yarışı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə 8 nömrəli OEUGİM, “Gənclər”, “Karvan”, “Rekord”, “Olimpik”, “Olimp Bakı”, “Star”, “Lökbatan”, “Mübariz” və “Maştağa” komandaları iştirak ediblər.
Yarışda üçüncü yer uğrunda görüşdə “Gənclər” komandası “Mübariz”i 4:2 hesabı ilə məğlub edib.
Final görüşündə 8 nömrəli OEUGİM və “Lökbatan” komandaları qarşılaşıblar. Görüşdə 8 nömrəli OEUGİM-in komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək yarışın qalibi olub.
Qalib və mükafatçı komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.