İDMAN
Bədii gimnastika üzrə qrup çoxnövçülüyü yarışlarında qızıl medala Rusiya idmançıları sahib olub
![](/files/galleryphoto/2015/2/1200x630/14345470794553155264_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470796371224020_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470793564445756_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470792761110557_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470794536640128_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143454707964762505_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470795599657290_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434547079223785627_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434547079217487502_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470791467934513_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470793426352414_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470796209821730_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470792642247184_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345470792670815620_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə qrup çoxnövçülüyü yarışları keçirilib. Yarışlarda Ukrayna, Bolqarıstan, Finlandiya, Belarus, İspaniya, İtaliya, İsrail, Azərbaycan, Almaniya, Yunanıstan, İsveçrə, Rusiya Federasiyası və Fransa gimnastları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bədii gimnastikanın bu növündə qızıl medala Rusiya (35.300) komandası sahib olub. İsrail (35.050) komandası gümüş, Belarus (34.850) komandası bürünc medala layiq görülüb. Qaliblərə medalları Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin prezidenti Marian Kvesiç təqdim edib.
Sonrakı yerləri İspaniya (34.250), Bolqarıstan (34.150), Ukrayna (34.150), İtaliya (34.000), Almaniya (33.050), Azərbaycan (32.150), Fransa (31.250), Finlandiya (31.250), Yunanıstan (30.850), İsveçrə (30.450) idmançıları tutublar.
Xatırladaq ki, Rusiya Federasiyasının gimnastları lent ilə qrup çıxışlarını birinci pillədə başa vurublar (18.000). Komandalar arasında digər yerlər bu ardıcıllıqla sıralanıb: İspaniya (17.350), İsrail (17.350), Ukrayna (17.050), İtaliya (17.000), Almaniya (16.950), Belarus (16.950), Azərbaycan (16.700), Bolqarıstan (16.650), Fransa (16.300), İsveçrə (15.500), Yunanıstan (15.150), Finlandiya (14.900)
Üç cüt gürz və iki halqa ilə çıxışlarda isə Belarus (17.900) qrupu fərqlənib. Sonrakı yerlərə İsrail (17.700), Bolqarıstan (17.500), Rusiya Federasiyası (17.300), Ukrayna (17.100), İtaliya (17.000), İspaniya (16.900), Finlandiya (16.350), Almaniya (16.100), Yunanıstan (15.700), Azərbaycan (15.450), İsveçrə (14.950) və Fransa (14.950) qrupları tutublar.
Bədii gimnastika üzrə yarışlar iyunun 19-da və 21-də davam edəcək.