Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bədii təhsil: yeni çağırışlar və imkanlar

Bədii təhsil: yeni çağırışlar və imkanlar

Bakı, 14 aprel, AZƏRTAC

Son onilliklər ərzində dünyada cərəyan edən lokal, regional və qlobal ictimai-siyasi və sosial-iqtisadi hadisələr elm və təhsilə, mədəniyyət və incəsənətə bilavasitə təsir göstərib. Bununla belə Azərbaycanda ölkə rəhbərliyinin məqsədyönlü daxili və xarici siyasəti sayəsində humanitar sahənin inkişafı, zamanın nəbzinə müvafiq və müasir standartların tələblərinə uyğun qurulub təşkil olunması üçün həm hüquqi, həm sosial, həm də maddi-texniki baza gücləndirilib, onların iqtisadi səmərəliyinin artırılması üçün fundamental layihələr həyata keçirilib, ardıcıl tədbirlər görülüb.

Bu fikirlər Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, kulturoloq-yaponşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əbülfəz Babazadənin “Bədii təhsil: yeni çağırışlar və imkanlar” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Müasir şəraitdə iqtisadiyyat və cəmiyyətin innovativ inkişaf yoluna qədəm qoyması bilavasitə peşə təhsilinin modernləşdirilməsi ilə əlaqələndirilir. Belə təhsil cəmiyyətdəki innovativ proseslərin katalizatoru və əsas aləti kimi çıxış edir. Bu gün peşə təhsilinin tərkib hissəsi olan yeni bədii təhsil paradiqmasına və bu sahədə qlobal çağırışlara cavab verən yeni strategiyaya ehtiyac var. Şübhəsiz ki, respublikamızda bədii təhsilin böyük uğurlarına, milli incəsənətimizin dünyada tanınan yüksək nüfuzuna, bir çox sənət sahələrində, o cümlədən teatr, kino və musiqi, təsviri sənət və xoreoqrafiya sahələrində sənətkar və müəllim kimi peşəkar mütəxəssislərimizə olan müəyyən tələbata baxmayaraq, biz bundan sonra da bu sahədə daha böyük və irimiqyaslı işlər görməli, zəruri layihələr həyata keçirməliyik. Bu gün “mövcud olanı qorumaq” mövqeyi, əlbəttə ki, müasir reallıqlar və qarşımızda duran çağırışlarla mütləq şəkildə səsləşməlidir.

Heç kimə sirr deyil ki, Azərbaycanın bədii təhsil sahəsindəki uğurları hədsiz dərəcədə çoxdur. Müşahidələr göstərir ki, bu nailiyyətlərin kəmiyyət və keyfiyyət göstəriciləri yüksələn xətlə artmaqdadır. Belə ki, dövlət uşaq incəsənət məktəbləri və uşaq musiqi məktəbləri simasında incəsənət sahəsində əlavə təhsil sistemini təşkil edərək, bura geniş uşaq kütləsinin cəlb edilməsinə nail olub və onları keyfiyyətli təhsil xidmətləri ilə təmin edə bilib. Bu da, öz növbəsində, “uşaqların bədii təhsili” hadisəsi və məfhumuna cəmiyyətin münasibətini müəyyən dərəcədə ifadə edir. Hesab edilir ki, bədii təhsil proqramlarının həyata keçirilməsinə olduqca böyük zərurət var.

Həm dövlətin, həm cəmiyyətin sənətə meyilli, sənətə can atan, musiqi, rəsm və ya rəqslə məşğul olan çoxsaylı həvəskar kütləsinə ehtiyac var. Çünki gələcəkdə mədəniyyətin qayəsini və bədii auditoriyanı məhz bu insanlar təşkil edəcək. Bu böyük dəstənin isə yalnız bir qismi sonradan peşəkar fəaliyyət göstərəcək. Məhz bu seçilmiş istedadlar təhsillərini orta ixtisas, daha sonra ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində davam etdirərək, ölkənin mədəniyyət və incəsənət elitasının növbəti mütərəqqi nəslinin formalaşmasında iştirak edəcəklər.

Qeyd etmək lazımdır ki, böyük istedadların seçilməsi və peşəkar baxımından tərbiyəsi bədii təhsilinin kütləviliyi və geniş yayılmasından da asılıdır. Kütləvilik prinsipi olmadıqda bir çox istedadlar həm özləri, həm də cəmiyyət üçün itirilmiş hesab edilir, çünki onlar öz istedadları barədə öyrənmək və ya onu inkişaf etdirmək şansından məhrum olurlar.

Danılmaz faktlardan biri də odur ki, bu və ya digər istedadın aşkarlanması və inkişaf etdirilməsi, ilk növbədə, bu prosesdə iştirak edən pedaqoji kadrların peşəkarlığından da asılıdır. Yüksəkkeyfiyyətli və illərlə təcrübədə sınanmış klassik və daha çox ənənəvi xarakter daşıyan bədii təhsil proqramlarımız olsa da, təəssüf ki, onlar müasir dünyagörüşlü uşaqlar üçün daha az maraqlıdır. Əlbəttə ki, müasir şəraitdə bədii pedaqogika sahəsində novator müəllimlərin, parlaq istedadların və maraqlı kəşflərin olması da danılmazdır.

Bəzi müəllimlərin bədii təhsildə həvəskarların tərbiyə edilməsi sahəsində mütəşəkkil bir sistemə malik olmalarına baxmayaraq, onlar uşaq və yeniyetmələrdə sənətə sevgi və sənət dərslərinə həvəs aşılamağı bacarırlar. Bununla belə bizdə ənənəvi olaraq, bədii təhsil sistemi və onun metodikasında təlim-tərbiyə və tədris prosesinin mərkəzində müəllim dayanır, çünki yerinə yetirilməli və riayət olunmalı təhsil tələbləri mövcuddur. Bu cür yanaşma isə son dərəcə arxaikdir və müasir reallıqlara uyğun deyil.

İnformasiya mənbələrinin genişliyini, inkişaf və peşə sahələrinin nəhəng seçimini nəzərə alsaq, bədii təhsil bəzən həddən artıq avtoritar olmaqla, uşaqları çox zaman həddən ziyadə kvazi-peşə bacarıqlarına yiyələnməyə yönəldir və bununla da o, həm idman, həm xarici dillər, həm də məktəb fənləri ilə rəqabətdə uduzur. Ona görə bədii təhsildə daha böyük inkişafa nail olmaq üçün təlim-tərbiyə prosesində demokratikləşmə, müasir dövrün qabaqcıl informasiya-telekommunikasiya vasitələrindən istifadə, innovativ və yüksək texnologiyaların tətbiqi və digər zəruri tədbirlərin görülməsi qaçılmazdır. Bu baxımdan bədii təhsilin, o cümlədən dekorativ-tətbiqi sənət, ənənəvi xalq sənəti, teatr, kino, rəssamlıq, dizayn, musiqi və xoreoqrafiya təhsilinin modernləşdirilməsinin məqsədi iqtisadiyyatın və cəmiyyətin ehtiyaclarına uyğun əlçatan, keyfiyyətli və effektiv təhsil sisteminin davamlı inkişafı üçün sosial-iqtisadi mexanizmlərin yaradılmasıdır.

Bununla yanaşı, innovativ ali bədii təhsil sisteminin vacib vəzifələrindən biri təhsil müəssisələrinin profilləri, ixtisasları və mütəxəssis hazırlığının strukturu nəzərə alınmaqla şəbəkə inteqrasiyasıdır.

Müasir şəraitdə innovativ texnologiyaların və tədris metodlarının tətbiqi, eləcə də innovativ təhsil proqramlarının hazırlanması bədii ali təhsilin məzmununun inkişafının əsas vektoru hesab olunur. İnnovativ bədii təhsil fəaliyyəti təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır və təhsil xidmətləri bazarında rəqabət qabiliyyətini təmin edir.

Beynəlxalq təcrübə göstərir ki, hər hansı bədii təhsil sahəsində peşəkar mütəxəssis hazırlığı işində təkcə professional biliklər deyil, eyni zamanda kreativ və yaradıcı keyfiyyətlərin qayəsini təşkil edən baza bacarıqlar da mühüm yer tutur.

Bədii təhsildə innovasiyalar təkcə bu sahənin inkişafına xidmət etmir, həmçinin təbii fəlakət, epidemiya və digər arzuolunmaz şəraitdə tədris metodlarının çevik transformasiyasına imkan verən mükəmməl alətlərdən biridir.

Bu gün dünyanın qarşılaşdığı koronavirus (COVID-19) pandemiyası ucbatından əksər dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da tətbiq edilən karantin şəraitində bizdən sosial təcrid tədbirlərinin görülməsi ciddi tələb edilir. Lakin yaradıcı və istedadlı şəxslər, eləcə də bu sahədə fəaliyyət göstərən pedaqoji kadrlar hər zaman canlı ünsiyyət və yaradıcılıq prosesinin fəal üzvləri kimi çıxış ediblər. Mövcud vəziyyətin hər iki tərəfə - təhsilalanlara və müəllimlərə psixoloji nöqteyi-nəzərdən mənfi təsirlərinin qarşısının alınması məqsədi yeni informasiya texnologiyalarından istifadəni labüd edir.

Azərbaycanda bədii təhsil ocaqlarından biri də Bakı Xoreoqrafiya Akademiyasıdır. Akademiyanın çoxpilləli olması ilə qazandığı unikallıq statusu bədii təhsil sahəsində daha böyük və nümunəvi işlərin görülməsi üçün qarşımızda yeni vəzifələr qoyur. Karantin dövründə Bakı Xoreoqrafiya Akademiyası bir çox ali təhsil müəssisələri kimi onlayn və videodərslərin keçirilməsi ilə distant təhsil formasında tədris prosesini davam etdirir. Bununla belə müxtəlif növ fövqəladə şəraitlərdə bədii təhsilin fasiləsizliyini və səmərəliliyini təmin etmək üçün fundamental təhsil layihələrinin həyata keçirilməsinə, distant təhsilin ən mütərəqqi nailiyyətlərinin tətbiqinə ehtiyac var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub