Belarus Respublikasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 2 fevral, Sevda Cəfərova, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin dəvəti ilə ölkəmizdə səfərdə olan “BeLaz” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Pyotr Parxomçikin və Belarusun, eləcə də MDB-nin ən böyük banklarından biri olan “Belarusbank”ın icraçı direktoru Vladimir Metelskinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.