Belçikanın Kralı Əlahəzrət II Albertə
Əlahəzrət,
Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyul 2011-ci il.