Bərdədə evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrup tutulub
Bakı, 7 may, AZƏRTAC
Bərdə rayon sakini Tural Çingizov mayın 4-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla onların 1730 manat dəyərində pul, bir cüt qızıl sırğa, iki üzük, bir boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]