Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəşəriyyəti faşizm taunundan xilas edənlər tarixin yaddaşında əbədi yaşayacaqlar

Bakı, 9 may, AZƏRTAC

İkinci Dünya müharibəsi bəşəriyyəti böyük tələfata, maddi və mənəvi məhrumiyyətlərə, ağır sarsıntılara düçar etdi. Müharibədə 60 milyona yaxın insan həlak oldu. Faşizm üzərində tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının çox böyük xidmətləri olub. Bəşəriyyəti faşizm taunundan xilas edənlər, öz həyatlarını azadlıq uğrunda qurban verənlər tarixin yaddaşında əbədi yaşayacaqlar.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi fədakarlıqlar barədə tarixi faktları AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

O bildirib ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının “Vays” (“Ağ”) şərti adı altında Polşaya hücum ilə İkinci Dünya müharibəsi başlanıb. Müharibənin bir çox səbəbləri var idi. Bu, hər şeydən əvvəl iri kapitalist dövlətlərinin mənafe dairələrinin toqquşması, dünyanın siyasi xəritəsinin yenidən dəyişdirilməsi, sivilizasiyaya hakim olmaq iddiası idi. 1941-ci il iyunun 22-də isə faşist Almaniyası Sovet İttifaqına hücum edib və beləliklə, SSRİ üçün Böyük Vətən müharibəsi başlanıb. Hitler Almaniyasının işğal planlarında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Plana görə, Bakı nefti alman şirkətinin sərəncamına verilməli idi. Azərbaycan müharibənin ilk günlərindən müsəlləh əsgər kimi düşmənlə ölüm-dirim savaşına girdi. 1941-ci ilin avqustunda Bakıda 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradıldı. Respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olundu ki, onların 11 mindən çoxu qadın idi.

Müharibə illərində Sovet Ordusunun silah, döyüş sursatı, ərzaq və yanacaqla təchizatının ən güclü cəbbəxanalarından biri Azərbaycan idi. Bakı, sözün əsl mənasında, Sovet Silahlı Qüvvələrinin cəbbəxanası idi. Müharibə başlanan kimi Bakının bir çox sənaye müəssisələri funksiyalarını dəyişdirib fasiləsiz olaraq hərbi məhsul istehsal etməyə başladılar.

1941-ci ildə neftçilərimizin gərgin səyləri nəticəsində o dövr üçün Azərbaycanın tarixində rekord həcmdə - 23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılan neftin 71,4 faizini təşkil edirdi. SSRİ-də istehsal edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Ümumiyyətlə, müharibə illərində Bakı neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin, 22 milyon ton sürtkü yağları, 6,5 milyard kubmetr qaz istehsal ediblər.

Müharibə illərində Bakıda yaralıları müalicə edən hospitallar fəaliyyət göstərirdi. Bu hospitallarda 441 mindən çox yaralı və xəstə müalicə olunmuşdu.

Faşizm üzərində böyük tarixi Qələbənin qazanılmasında Azərbaycan alimlərinin, elm və mədəniyyət nümayəndələrinin özünəməxsus rolu var. Müharibə dövründə Azərbaycanın kimyaçı və tibb alimləri misilsiz işlər görüb, müxtəlif növ silahlar və partladıcı hərbi sursatlar hazırlayıb, bir çox qiymətli təkliflər irəli sürüblər. Yusif Məmmədəliyevin rəhbərliyi ilə bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq, neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya benzini əldə etdi. Akademik Y.Məmmədəliyevin sədrliyi ilə görkəmli Azərbaycan alimlərindən ibarət kimya problemləri üzrə nüfuzlu və səlahiyyətli bölmə yaradıldı. Kimyaçı alimlərimizin köməyi ilə 100 növ neft-kimya məhsulları, o cümlədən 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini, 8 növ dizel yağı istehsal edilirdi. Respublikamızın bioloq alimləri Azərbaycan ərazisində bitən bitkilərdən həm ucuz başa gələn, həm də keyfiyyətli müxtəlif dərman növləri icad etdilər. Professor Mustafa Topçubaşov tibb elminə, xüsusən cərrahiyyə elminə böyük yeniliklər gətirmişdi. Professor Əziz Əliyevin sədrliyi ilə 1942-ci ildə “Yaralı döyüşçülərə və xəstələrə kömək komitəsi” yaradıldı.

Müharibədə xalqımızın igid övladlarının cəbhələrdə göstərdiyi şücaətlərə qısa da olsa, nəzər salmaq lazımdır. Moskva uğrunda döyüşlərdə Müseyib Allahverdiyev, İsrafil Məmmədov böyük qəhrəmanlıq göstəriblər. İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı oldu. Cəsur sərkərdə Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Beş ay davam edən Qafqaz uğrunda döyüşlərdə (25 iyul - 31 dekabr 1942-ci il) yüz mindən çox həmyerlimiz həlak olub. 1945-ci ilin yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Azərbaycan diviziyaları Avropa ölkələrinin faşizmdən azad edilməsində fəal iştirak ediblər. Xalqımızın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da fərqləniblər. Mehdi Hüseynzadənin, Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqları mübarizənin şanlı səhifələrindəndir.

1941-1945-ci illərdə cəbhəyə Azərbaycandan 700 min nəfərə yaxın döyüşçü göndərilib. Onlardan 300 minə qədəri qəhrəmanlıqla həlak olub. Geri qayıdan 400 min nəfərin yarısına qədəri isə şikəst və əlil olub. Müharibədə göstərdikləri igidlik və şücaətlərinə görə 130 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adı alıb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunub. Döyüşlərdə iştirak edən həmyerlilərimizin 200 min nəfərdən çoxu orden və medallarla təltif edilib.

Müharibə Azərbaycan xalqına olduqca baha başa gəlib. Cənubi Qafqazdan cəbhəyə daha çox adam Azərbaycandan gedib, ancaq nədənsə müqayisədə qəhrəmanlıqla ad çıxaran həmyerlilərimizə fəxri adlar az verilib. Halbuki onların qəhrəmanlıqları barədə Ali Baş Komandanlığa təqdimatlar göndərilirdi. Alman faşizmi üzərində Qələbənin əldə edilməsində böyük roluna və xidmətlərinə görə bakılılar və bütün Azərbaycan xalqı gözləyirdi ki, doğma Bakımıza obyektiv qiymət veriləcək və “Qəhrəman şəhər” adına layiq görüləcək. Xalqımızın buna tam mənəvi haqqı var. Ancaq nədənsə, bu fəxri ad verilmədi. Bu da mərkəzin qeyri-obyektiv mövqeyi oldu.

İkinci Dünya müharibəsi veteranlarının müharibə illərində göstərdiyi qəhrəmanlıqları xalqımız böyük hörmətlə xatırlayır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Dövlətimiz tərəfindən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir