Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib

Naxçıvan, 25 iyul, AZƏRTAC

İyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

4. “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

5. “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi

6. “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov deyib ki, 2017-ci ilin ötən dövrü ərzində tikinti sektorunda sosial sahələrin inkişafına üstünlük verilib, Naxçıvan şəhərindəki 3 və 13 nömrəli, Şərur şəhərində 2 nömrəli, Şərur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərində kənd və xidmət mərkəzləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası istifadəyə verilib, Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri başa çatdırılıb. Naxçıvan şəhərində 1 yaşayış binası tikilib, Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idman zalında yenidənqurma işləri aparılıb. Bu dövrdə Naxçıvan Müəllimlər İnstitutu üçün yeni korpusun, 4 məktəb binasının, 1 musiqi məktəbinin, 2 həkim ambulatoriyasının, Kəngərli və Sədərək rayonlarının hər birində 48 mənzilli yaşayış binalarının, Araz çayı üzərində 36 meqavat gücündə derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsinin, Naxçıvan şəhərində yeni məscidin və 10 kilometrlik Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun tikintisi aparılıb. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün tədris korpusunun, 3 məktəb binasının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanasının, Naxçıvan şəhərində 5 yaşayış binasının, Sədərək rayonunda mədəniyyət evinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərinin Qaraçuq kəndində yerləşən sərhəd məntəqəsinin inzibati binasının yenidən qurulması davam etdirilib, Qarabağlar Türbə Kompleksində və Yengicə hamamında bərpa işləri, Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şahtaxtinskilər muzeyində isə təmir işləri görülüb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev deyib ki, qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafını təmin edib. Artıq muxtar respublikada yaz əkinləri başa çatdırılıb. Hazırda əkin sahələrində aqrotexniki qaydada becərmə tədbirləri aparılmaqla yanaşı, meyvə-tərəvəz və kartof məhsullarının toplanılması, taxıl və ot biçini davam etdirilir. Bu il muxtar respublika üzrə 27 min hektardan artıq sahədə yazlıq bitkilər əkilib. Ümumi əkinin 1312 hektarını taxıl, 2137 hektarını paxlalılar, 1667 hektarını dən üçün qarğıdalı, 285 hektarını dən üçün günəbaxan, 6170 hektarını tərəvəz, 3183 hektarını kartof, 2772 hektarını bostan, 9 hektarını tütün, 9472 hektarını isə birillik və çoxillik ot əkinləri təşkil edir. Görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin yanvar-may ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 49 milyon 552 min manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, bu ilin birinci yarısında iqtisadi fəaliyyətin müxtəlif sahələrində 8-i özəl investisiya olmaqla 18 istehsal və xidmət sahəsi istifadəyə verilib, bu tədbirlərin davamı olaraq 6-sı özəl investisiya olmaqla 16 sahənin yaradılması davam etdirilib, muxtar respublikanın rayon və kəndlərində 706 emal sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Sahibkarların hüquqlarının müdafiəsi və onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib, cari ilin ötən dövrü ərzində 4 sahibkarlıq subyekti “Nəzarət kitabçası” ilə təmin olunub, xüsusi fəaliyyət növləri üzrə 12 lisenziya verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən çoxsaylı müəssisələrdə istehsal olunan ixracyönümlü məhsullar 5 xarici ölkəyə ixrac edilir. İxrac edilən əmtəələr arasında ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları üstünlük təşkil edir. Qeyd olunan dövrdə 494 ton kənd təsərrüfаtı və еmаl sənаyеsi məhsullаrının mütəmadi keçirilən yarmarkalarda satışı həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov sessiyada çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında bir il öncəyə nisbətən sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artıb. Cari ilin ilk yarımili ərzində muxtar respublikada tikinti və ya yenidənqurmadan sonra ümumilikdə, 78 obyekt istifadəyə verilib. Hazırda iqtisadi və sosial sahələrdə 134 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Bu ilin ilk 6 ayı ərzində muxtar respublikada alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 62,7 faizini təşkil edib. Ötən dövrdə muxtar respublikada 204 milyon ABŞ dollarına yaxın məbləğdə xarici ticarət dövriyyəsi qeydə alınıb, muxtar respublikaya 195 min 495 turist gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
 
M Ə R U Z Ə S İ

 Hörmətli deputatlar və sessiya iştirakçıları!

2017-ci ilin birinci yarısında mövcud ehtiyatlardan səmərəli istifadə etməklə sosial layihələrin həyata keçirilməsi, insanların rahat yaşayışı və təhlükəsizliyi, iqtisadi və sosial həyatın bütün sahələrində inkişaf meyillərinin qorunub saxlanılması təmin edilib.

Muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirmək, davamlı və tarazlı inkişafa nail olmaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifələr durur. İlk növbədə idarəetmənin bütün mərhələlərində nizam-intizam və işə tələbkarlıq artırılmalıdır.

Növbəti altı ayda iqtisadi inkişafın əsas göstəricisi kimi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməlidir. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi bütün tədiyə növləri üzrə vergi və rüsumların vaxtında ödənilməsinə nail olmalıdır.

Büdcə gəlirlərinin təmin olunması üçün Maliyyə Nazirliyi nəzarət tədbirlərini gücləndirməli, pul vəsaitlərindən təyinatına uyğun şəkildə istifadəyə nəzarət olunmalıdır.

Muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına dəstək davam etdirilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına diqqət artırılmalıdır.

Dayanıqlı inkişafın təmin edilməsi üçün biznes mühiti daha da yaxşılaşdırılmalıdır. Bununla yanaşı yerli istehsalın həcmi artırılmalı, daxili bazar qorunmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına yol verilməməlidir.

Müasir dövrdə iqtisadiyyat xarici aləmdən tamamilə təcrid olunmuş şəkildə inkişaf etdirilə bilməz. Xarici iqtisadi-ticarət əlaqələrində idxalın həcminin azaldılması və ixrac imkanlarının genişləndirilməsi çox vacibdir. İqtisadiyyat Nazirliyi mövcud təbii və əmək resurslarından səmərəli istifadəyə əsaslanan istehsal müəssisələrinin yaradılmasına diqqəti artırmalı, sahibkarlıq subyektlərinə hərtərəfli köməklik göstərilməlidir.

İqtisadiyyat Nazirliyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqəti artırmalıdır. Qarşıdakı dövrdə bu imkanlar bir daha araşdırılmalı, ixracın coğrafiyası genişləndirilməlidir.

Ərzaq təhlükəsizliyinin təmin olunması inkişafın əsas şərtidir. Müstəqilliyin ilk illərində mağazalarda gündəlik tələbat malları tapmaq müşkülə çevrilmişdisə, indi muxtar respublikada əksər ərzaq məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilir. Bütün bunlara həyata keçirilən davamlı islahatlar və kənd təsərrüfatının kompleks inkişafı nəticəsində nail olunmuşdur. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi və maliyyə dəstəyinin göstərilməsi, texnika və gübrə təminatı, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, daxili bazarın qorunması, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kəndlinin torpağa bağlılığını xeyli artırmışdır. 61 min 531 hektar sahədə kənd təsərrüfatı əkinləri aparılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli artıqdır. Lakin muxtar respublikanın relyef quruluşu və torpaq xüsusiyyətləri əkin sahələrini hədsiz genişləndirməyə imkan vermir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti orqanlarla birlikdə əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə nail olmalı, mütərəqqi metodlardan istifadəyə üstünlük verilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri əkinəyararlı torpaqlardan kənar məqsədlər üçün istifadənin qarşısını almalıdır. Torpaqların elektron uçotu və xəritələşdirilməsi işi vaxtında başa çatdırılmalıdır.

Məhsuldarlığın yüksəldilməsində keyfiyyətli toxumdan istifadə vacib məsələdir. Cari ilin ötən dövründə məhsul istehsalçılarına dəstək məqsədilə ən müasir avadanlıqlarla təchiz olunmuş “Bərəkət Toxumçuluq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə yüksək məhsuldarlığa malik keyfiyyətli toxum növlərinin, xüsusilə yerli genefonda daxil olan növlərin yetişdirilməsi, toplanması və fermerlərə satışının təşkilini diqqətdə saxlamalıdır.

Son illər həyata keçirilən meliorativ tədbirlər, mütərəqqi suvarma sistemlərinin istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə qatılmasına, su itkisinin və şoranlaşmanın qarşısının alınmasına səbəb olmuşdur. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə suvarma suyunun bölgüsünə və ondan səmərəli istifadəyə nəzarəti bundan sonra da davam etdirməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əkin üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının salınmasına, mövcud yaşıllıqların və bitki örtüyünün qorunmasına diqqəti artırmalıdır.

Dövlət Baytarlıq Xidməti heyvandarlıqda müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərini genişləndirməli, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında yaradılmış kənd təsərrüfatı aptekləri tələbata uyğun dərman preparatları ilə təmin olunmalıdır.

Əsas kapitala investisiya qoyuluşlarının həcminin ildən-ilə çoxalması kəndlə şəhər arasındakı fərqin aradan qalxmasına səbəb olmuş, insanların məskunlaşmasını, rahatlığını təmin etmiş, qəsəbə və kəndlərin inkişafı sürətləndirilmişdir. Cari ildə də bu istiqamətdə işlər davam etdirilir, içməli su layihələri icra olunur, kənd yolları abadlaşdırılır, qəzalı vəziyyətdə olan məktəblər, mədəniyyət və səhiyyə müəssisələri yenidən qurulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inşaat işlərində keyfiyyətə üstünlük verməklə əlavə xərclərin qarşısını almalıdır.

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması elektrik enerjisi və təbii qaz təchizatında fasiləsizliyi təmin edib. Dövlət müəssisə və təşkilatları enerji daşıyıcılarından qənaətlə istifadəni diqqət mərkəzində saxlamalı, bundan sonra da israfçılığın qarşısı alınmalıdır. Dövlət Energetika Xidməti və “Naxçıvanqaz” İstehsalat Birliyi verilən elektrik enerjisi və təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşməsi işini davam etdirməlidirlər.

Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan nəqliyyat vasitələrinin texniki cəhətdən saz olmasına nəzarəti artırmalıdır.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə mövcud infrastrukturun yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tədbirləri davam etdirməlidir.

Muxtar respublikada məşğulluq problemi daim diqqət mərkəzində saxlanılır. İstər dövlət, istərsə də özəl sektorda yeni iş yerləri yaradılır. Lakin əhali sayında müşahidə olunan müsbət dinamika öz növbəsində gələcəkdə yeni iş yerlərinə tələbatı artıracaqdır. Ona görə də vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sisteminə keçməkdir. Artıq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində ilk addımlar atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri yerli icra orqanları ilə birlikdə ailə təsərrüfatlarının formalaşması üçün səylərini artırmalıdırlar.

İqtisadi sahədə əldə olunan gəlirlərin ilk növbədə insan kapitalının formalaşdırılmasına yönəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. Savadlı, müasir dövrün tələblərinə cavab verən kadr potensialının yetişdirilməsi isə elm və təhsil quruculuğu sahəsində aparılan islahatlardan xeyli asılıdır. Bu baxımdan muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Təhsil Nazirliyi yaradılan tədris infrastrukturundan səmərəli istifadəyə, tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, gələcəyimiz olan gənclərin savadlı, geniş dünyagörüşlü, vətənpərvər və fiziki cəhətdən sağlam yetişdirilməsi əsas vəzifə olmalıdır.

Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində olan idman qurğu və obyektlərindən səmərəli istifadəyə nail olmalı, bununla yanaşı olimpiya idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına da diqqəti artırmalıdır. İdman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, asudə vaxtlarının səmərəli təşkili, onların həvəsləndirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir.

Ali və orta ixtisas təhsili müəssisələri müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqəti artırmalı, müəllim və tələbə mübadiləsini davam etdirməli, təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyi kadrların düzgün yerləşdirilməsini nəzarətdə saxlamalı, yay dövründə bədii-kütləvi tədbirlərin keçirilməsi davam etdirilməlidir.

Tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Səhiyyə Nazirliyi tibb işçilərinin sertifikasiyasını və onların təcrübələrinin artırılması sahəsində işləri davam etdirməli, tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməli və səhiyyə maarifi işini gücləndirməlidir.

İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək teleradio və qəzetlərin qarşısında duran əsas vəzifələrdir. Muxtar respublikanın kütləvi informasiya vasitələri fəaliyyətlərini bu tələblərə uyğun qurmalı, qəbul olunmuş dövlət proqramlarının icrasını diqqətdə saxlamalı, vətənpərvərlik mövzusunda materialların hazırlanması davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı haqqında peşəkar materiallar hazırlanmalıdır.

Davamlı iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir. Hüquq mühafizə orqanları yaradılan şəraitdən istifadə edərək maarifləndirmə-profilaktika tədbirlərini düzgün təşkil etməli, nizam-intizamı daim möhkəmləndirməli, ictimai asayişin və sabitliyin qorunması üçün səylə çalışmalıdırlar.

Ordu, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı artırılmalı, birgə fəaliyyət üçün planlar olmalı, günün nizam qaydaları yerli şərait nəzərə alınmaqla vahid formada tənzimlənməlidir.

Hörmətli sessiya iştirakçıları!

Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin ilk yarısının nəticələri həyata keçirilən tədbirlərin düzgün olduğunu bir daha təsdiq edir. 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsində ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “2017-ci il iqtisadi inkişaf ili olmalıdır... Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də iqtisadi potensialımız daha da güclənəcəkdir”.

Sağ olun.

X X X

Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı nəticəsində dövlət büdcəsinin gəlirlərində 2 milyon 150 min manat məbləğində artım proqnozlaşdırıldığından və buna müvafiq olaraq xərclərin də tənzimlənməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsində dəyişikliklər edilməlidir. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi qəbul edilib.

Gündəlikdə duran üçüncü məsələ ilə əlaqədar deputatların və sessiya iştirakçılarının diqqətinə çatdırılıb ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Qanun layihəsi 2017-ci ilin fevral ayında keçirilən Ali Məclisin sessiyasında qəbul edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər iki dəfə səsə qoyulur. Buna görə də Qanun layihəsi ikinci səsverməyə çıxarılıb.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı bildirilib ki, Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli Qanunu ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb.

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikasında iri toxumçuluq təsərrüfatları yaradılıb, keyfiyyətli yerli toxum növlərinin yetişdirilməsi və satışına diqqət artırılıb. Bunun nəticəsi olaraq muxtar respublikada toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi tənzimlənməsinə ehtiyac yaranıb. Qeyd olunanlar əsas götürülərək “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsində müzakirə edilib, layihəyə əlavə və ya təkliflər olmayıb.

Sessiyada “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran altıncı məsələ “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi barədə olub. Diqqətə çatdırılıb ki, bu Qanunun qəbul olunmasını zəruri edən əsas məsələ dövlət orqanları tərəfindən əhaliyə pullu xidmətlər göstərilməsi işinin tənzimlənməsidir. Belə ki, mövcud qanunvericiliyə əsasən dövlət orqanları təsərrüfat idarəçiliyi ilə məşğul olmaq və pullu xidmətlər göstərmək səlahiyyətinə malik deyillər. Təklif olunan qanun isə bu problemləri aradan qaldıracaq, publik hüquqi şəxs hesab olunan dövlət orqanlarına yeni imkanlar yaradacaqdır. Publik hüquqi şəxs göstərdiyi xidmətlərlə özünü maliyyələşdirə bilər. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsində müzakirə edilib, layihəyə əlavə və ya təkliflər olmayıb.

Sessiyada “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib, cari ilin qarşıdakı altı ayında inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulayıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış altıncı sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb