BƏSTƏKAR ARİF MƏLİKOVUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Akademiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, məclisdə çıxış edən natiqlər Arif Məlikovun Üzeyir Hacıbəyov və Qara Qarayev məktəbinin ənənələrini layiqincə davam etdirərək hələ gənc yaşlarından böyük yaradıcılıq uğurları qazanmasından danışmış, bəstəkarın musiqi dilinin zənginliyi, cazibədarlığı və hisslərin poetik ifadəsi ilə səciyyələnən məşhur “Məhəbbət əfsanəsi” baletinin bütün dünyanı fəth edərək teatr səhnələrində indi də müvəffəqiyyətlə tamaşaya qoyulmasından iftixarla söz açmışlar.
Qeyd olunmuşdur ki, bəstəkarın simfoniya və simfonik poemaları, romans və mahnıları, kinofilmlərə və səhnə əsərlərinə yazdığı musiqilər milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.
Xalq artisti, professor Arif Məlikov ona göstərilən diqqətə və yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.
Yubilyara qiymətli hədiyyələr və gül dəstələri təqdim edilmişdir.
Sonra Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]