REGİONLAR
Beyləqan rayonu ərazisində əkin sahələrinin “Azersky” peykindən əldə olunmuş təsviri
Bakı, 7 may, AZƏRTAC
Beyləqan rayonu ərazisində əkin sahələrinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azersky” peyk təsvirlərindən istifadə edilməklə Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatlı əkin sahələrində davamlı olaraq monitorinqlər həyata keçirilir. Aparılan monitorinqlər sayəsində rayonlar üzrə əkin sahələrini əks etdirən bitki örtüyünün xəritəsi hazırlanır. Eyni zamanda, ölkə ərazisində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını proqnozlaşdırmaq mümkün olur. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının əvvəlcədən pronozlaşdırılması idxal ehtiyacını və ixrac imkanlarını planlaşdırmağa imkan verir.
ASC Beyləqan rayonu ərazisində əkin sahələrinin bu ilin aprelində “Azersky” peykindən əldə olunmuş təsvirini təqdim edib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.