Beyləqan sakinləri qanvermə aksiyasına qoşulublar
Beyləqan, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Beyləqan sakinləri də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 29-da rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Sosial izolyasiya qaydalarına uyğun olaraq aksiyada yerli icra strukturları ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da könüllü iştirak ediblər. Mərkəzi Qan Bankının Şirvan Regional bölməsinin peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 58 nəfər könüllü qan verib.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.