BEYNƏLXALQ BANK XARİCİ ÖHDƏLİKLƏRİNİ QAYTARMIŞDIR
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankı (ABB) 1 milyard dollarlıq xarici öhdəliyini tamamilə ödəmişdir. Bu barədə bankın rəsmi saytında məlumat verilmişdir. Ödəmələr bankın daxili imkanları hesabına həyata keçirilmişdir.
ABB gələcəkdə də xaricdən yeni maliyyə vəsaitlərinin cəlb olunmasını davam etdirəcəkdir.
Xatırladaq ki, ölkədəki banklar üzrə toplanmış xarici öhdəliklərin (2 milyard dollar) tam yarısı ABB-nin payına düşmüşdür.