Beynəlxalq jurnallarda BMU əməkdaşlarının məqalələrinin sayı artıb

Bakı, 14 aprel, AZƏRTAC
Son vaxtlar Bakı Mühəndislik Universitetinin (BMU) elmi potensialının daha da inkişafı, professor-müəllim heyətinin elmi məqalələrinin beynəlxalq standartlara uyğun hazırlanması, habelə onların dünyanın aparıcı nəşrlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər müsbət nəticələr verməkdədir.
Universitet əməkdaşlarının 2025-ci ilin I rübü ərzində dünyanın nüfuzlu elmmetrik bazalarına daxil olan jurnallarda məqalələrinin sayında artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Hesabat dövründə universitet müəllimlərinin “Scopus” bazası üzrə ümumilikdə 28, “Web of Science” üzrə isə 13 məqaləsi nəşr edilib. “Scopus” üzrə məqalələrin təsnifatına baxdıqda, Q1 kateqoriyasında 11, Q2 kateqoriyasında 3, Q3 kateqoriyasında 5, Q4 kateqoriyasında 2, konfrans materialları kimi 7 məqalə yer alıb. Müxtəlif elm sahələrini əhatə edən məqalələr Rusiya, Belarus, İtaliya, Polşa, Hindistan və digər ölkələrin nüfuzlu elm adamları ilə birgə hazırlanıb.
Bütövlükdə bu nəticələr BMU-nun elmi imkanlarını bir daha təsdiqləməklə yanaşı, universitetin tədqiqat şəbəkəsinin genişləndirilməsində elmi mübadilə və beynəlxalq əlaqələrin möhkəmləndirilməsində mühüm addım hesab olunur.
Universitet əməkdaşlarının hədəfi tədqiqatlarını daha da inkişaf etdirmək, ölkəmizin elmi potensialını beynəlxalq səviyyədə tanıtmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [19:43]
Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb
- 22.04.2025 [18:17]
BDU-da Üzeyir Hacıbəylinin irsi öyrənilir
- 22.04.2025 [16:54]
Məktəblilər üçün Balaxanıda maarifləndirmə tədbiri təşkil edilib
- 22.04.2025 [16:46]
BDU-da Beynəlxalq Yer Günü qeyd olunub
- 22.04.2025 [16:45]