“BEYNƏLXALQ MALİYYƏ HESABATLARI STANDARTLARI” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Birliyin təsisçisi və kitabın redaktoru Natiq Hüseynov bildirmişdir ki, kitabın üçüncü nəşri Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın hər bir fəsli konkret BMHS haqqında məlumatları özündə cəmləyir və məqsədlər, əhatə dairəsi, əsas anlayışlar və digər tipik strukturlara malikdir. O qeyd etmişdir ki, kitabda öz əksini tapan 36 standartdan 5-i maliyyə hesablarına, qalanları isə mühasibat uçotuna aiddir.
Natiq diqqətə çatdırmışdır ki, kitabın tərcüməsi üçün Dünya Bankından lisenziya alınmış və gənclərin bu sahədə biliklər əldə etməsi üçün yeni kursların açılışı nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Vergilər Nazirliyinin əməkdaşı Əli Abdullayev və Auditorlar Palatasının nümayəndəsi Vəli Rəhimov bildirmişlər ki, ölkəmizdə beynəlxalq standartların öyrənilməsi və tətbiqi istiqamətində bir sıra işlər görülmüş və bu nəşr mütəxəssislərə BMHS-nin başa düşülməsi və anlaşılması üçün çox yaxşı bir köməkdir. Qeyd edilmişdir ki, kitab mühasibat uçotu sahəsində çalışanlar, menecerlər, maliyyə təhlilçiləri və tələbələr üçün ən yaxşı əyani vəsaitdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [20:04]