Argentina millisinin heyəti açıqlanıb: Lionel Messi 6-cı dəfə dünya çempionatında
Bakı, 29 may, AZƏRTAC
Futbol üzrə Argentina millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Lionel Messiyə də dəvət göndərib. Ulduz futbolçu peşəkar karyerası ərzində 6-cı dəfə dünya çempionatı üçün Argentina millisinə çağırılıb.
Əvəzində bir müddət öncə irqçiliyə görə cəzalandırılan Canluka Prestianni, eləcə də İspaniya “Real Madrid”inin formasını geyinən Franko Mastantuono yığmadan kənarda qalıblar.
Qapçılar: Emiliano Martines (“Aston Villa”, İngiltərə), Xuan Musso (“Atletiko Madrid”, İspaniya), Xeronimo Rulyi (“Marsel”, Fransa);
Müdafiəçilər: Nauel Molina (“Atletiko Madrid”), Qonsalo Montyel (“River Pleyt”), Kristian Romero (“Tottenhem”, İngiltərə), Loenardo Balyerdi (“Marsel”), Lisandro Martines (“Mançester Yunayted”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), Nikolas Talyafiko (“Lion”), Fakundo Medina (“Lans”, Fransa);
Yarımmüdafiəçilər: Leandro Paredes (“Boka Xuniors”), Covanni Lo Çelso (“Betis”, İspaniya), Rodriqo De Paul (“İnter Mayami”, ABŞ), Tyaqo Almada (“Atletiko Madrid”), Esekiel Palasios (“Bayer”, Almaniya), Nikolas Qonsales (“Yuventus”, İtaliya), Niko Pas (“Komo”, İtaliya), Aleksis Mak Allister (“Liverpul”, İngiltərə), Entso Fernandes (“Çelsi”, İngiltərə), Valentin Barko (“Strasburq”, Fransa);
Hücumçular: Xulian Alvares (“Atletiko Madrid”), Lionel Messi (“İnter Mayami”), Lautaro Martines (“İnter”), Xose Manuel Lopes (“Palmeyras”, Braziliya), Culiano Simeone (“Atletiko Madrid”).
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dək iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.