Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

Şuşa, 28 may, AZƏRTAC

Şuşanın vüqarlı dağlarının qoynunda, tarixin izlərini daşlarında yaşadan bir kənd var - Böyük Qaladərəsi. Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxil olan bu yurd yeri otuz ilə yaxın düşmən tapdağı altında xarıbülbül tək boynu bükük qalmışdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1990-cı illərin qanlı yaddaşı ilə başlayan ağrı-acılı günlər kəndin küçələrinə sükut, evlərinə isə həsrət köçürmüşdü.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər və həyata keçirilən uğurlu anti-terror əməliyyatı sayəsində bu sükut darmadağın oldu. "Dəmir yumruq" düşmənin başını əzdi və bu yerlərdə yenidən sevincli günlər başladı. Böyük Qaladərəsi illər sonra nəhayət, öz doğma sahiblərinə qovuşdu.

AZƏRTAC-ın əməkdaşlarının Şuşanın Böyük Qaladərəsi kəndindən hazırladığı reportajı təqdim edirik.

Bu gün kənddə tamamilə fərqli bir ab-hava vardı. Vaxtilə silah səslərinin eşidildiyi bu torpaqlarda indi quruculuq və abadlıq işləri geniş vüsət alıb. Böyük Qaladərəsini yenidən canlandırmaq, sakinlərin rahat və firavan yaşayışını təmin etmək üçün genişmiqyaslı layihələrə start verilib. Belə ki, kəndin qaranlıq gecələrinə nura boyamaq üçün yeni transformator quraşdırılıb, elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə işlər də görülüb. Hazırda kənddə rabitə xətləri çəkilir. Kənddaxili yollar da abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsi kəndində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Bir zamanlar məcburi köçkünlük taleyi yaşamış insanların qayıtdığı bu yurd yerində 50 ev var. Zamanın və həsrətin sınağından keçən bu ocaqların 13-ü düşmən tərəfindən yararsız hala salınsa da, 37-si hələ də içindəki o isti xatirələri qoruyaraq qismən yararlı qala bilib. Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

Nəhayət, ən böyük intizar başa çatıb. Böyük Qaladərəsi öz doğma sakinlərini qarşılayıb, onlara qucaq açıb. İlkin mərhələdə 14 ailə (64 nəfər) illərdir həsrətini çəkdikləri torpağa, yurd yerinə geri dönüb. İndi kənddəki evlərin pəncərələrindən gülümsəyən uşaq üzləri boylanır, ailələr öz isti ocaqlarının başına yığışırlar.

Prezident İlham Əliyev Müstəqillik Günündə — mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb. Bu görüş kəndə yeni köçən sakinlərin yaddaşında unudulmaz və xoş izlər buraxıb.

Dövlətimizin başçısı kənddə məskunlaşan Qəhrəmanovlar ailəsinin də qonağı olub, ailə üzvləri ilə səmimi söhbət edib.

Prezident İlham Əliyevin evlərinə təşrif buyurmasından ürəkdolusu bəhs edən ailənin ağbirçəyi Şüşə Qəhrəmanova, bu tarixi görüşün unudulmaz anlarından sevinclə danışır. Sadə insanlara qarşı hər zaman xüsusi həssaslıqla yanaşan ölkə rəhbərinin böyük qayğısı və səmimi rəftarı onun qəlbində silinməz iz buraxıb: "Prezidentimizi evimdə görəndə elə bildim illərdir yolunu gözlədiyim doğma balam gəlib. Bizə göstərdiyi diqqət və mehribanlıq bütün ağrılarımı, həsrətimi mənə unutdurdu. Dövlətin rəhbəri yox, sanki öz doğmamız bizimlə hal-əhval tuturdu”.

Söhbət zamanı ötən illərin acı xatirələri dilə gəldikcə, çəkilən əzabların ağırlığı bir daha göz önündə canlanır. Şüşə Qəhrəmanova 1992-ci ildə erməni silahlı qüvvələrinin aramsız hücumları nəticəsində bu yerləri tərk etməyə məcbur qaldığını bildirir. O, doğma kəndindən min bir əzab-əziyyətlə çıxdıqlarını xatırlayaraq deyir: "Allah o günləri xalqımıza bir daha yaşatmasın. Sağ olsun Prezidentimiz! Dünya durduqca dursun. O, bu qara ləkəni, xəcaləti bizim üstümüzdən götürdü, torpaqlarımızı düşmən tapdağından qurtardı. Həmişə ona minnətdarıq. Baxın, görün, bizə necə gözəl şərait yaradıb?! Uzun illər sonra öz yurdumuza qayıtdıq. İndi də gəlib bizi görməyə... Sağ olsun, çox razıyam."

Reportajımızın ən duyğulu məqamlarından biri də Şüşə nənənin keçmiş xatirələrini vərəqlədiyi anlar oldu. Söhbətimiz zamanı öyrənirik ki, vaxtilə onun qonşuluqdakı Turşsu kəndində də gözəl bir bağ-bağatı varmış. O, dövlət başçısı ilə görüş zamanı Turşsunun da gələn il hazır olacağı xəbərini eşidib və buna çox sevindiyini deyir. Şüşə nənə bu gün Prezidentimizin rəhbərliyi və diqqəti sayəsində yurdumuzun hər bir qarışının yenidən canlandığını vurğulayaraq, indi ən böyük arzusunun gələn il elə həmin cənnət bağa gedib oranı da gözləri ilə görmək olduğunu dilə gətirir.

Gənclik illəri köçkünlükdə keçən nəslin nümayəndələri üçün bu qayıdış həm də itirilmiş illərə təsəllidir. Ailə başçısı Akif Qəhrəmanov da 1992-ci ilin o dəhşətli günlərini ürək ağrısı ilə xatırlayır: "O günləri heç vaxt unutmayacağam. Kənddən çıxmağa məcbur qalanda 19 yaşım var idi. Sumqayıtda, Bakıda yaşadıq. İndi isə 53 yaşım var. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. Ölkəmizin rəhbərinə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu yerlərə qayıda bilmişik."

Doğma yurdun dirçəlişi təkcə yolların, evlərin bərpası ilə deyil, həm də kəndə qayıdan gənclərin varlığı ilə ölçülür. Kəndin təmiz havasından, füsunkar təbiətindən ağızdolusu danışan həmsöhbətimiz iki oğlundan birinin artıq ali təhsilli olduğunu, digərinin isə ali məktəbi yeni bitirdiyini və hər ikisinin də onunla birgə Böyük Qaladərəsinə qayıtdığını bildirir.

Akif Qəhrəmanovun həyat yoldaşı Sona xanım da sevincini bizimlə bölüşərək, öz doğma ocaqlarında qonaq qarşılamağın qürurunu yaşadıqlarını vurğulayır.

Söhbətimizi yekunlaşdırıb evdən çıxarkən, kəndin küçələrindəki canlanma diqqətimizdən yayınmır. Burada böyük bir qələbəlik var. Sakinlər Prezident İlham Əliyevlə görüş təəssüratlarını bir-biri ilə bölüşür, kəndə qayıtmağın sonsuz sevincini yaşayırlar.

İllərin yurd həsrəti ilə bu günün qürurlu qayıdış duyğusu sakinlərin qəlbində silinməz izlər buraxıb. Onlardan biri də Məhbubə Mehdiyevadır. 22 yaşında bu torpaqlardan çıxmağa məcbur qalan Məhbubə xanım əzablı günlərdən danışarkən gözləri dolur. Onun baxışlarında həm işğalçıya olan qəzəb, həm də doğma yurda qayıdışın sonsuz fərəhi vardı. Böyük oğlu cəmi doqquz aylıq ikən kəndi tərk etdiklərini deyən Məhbubə xanım bu yerlərə 56 yaşında, 3 övladı və 4 nəvəsi ilə birgə qayıdıb: "Hər biriniz kəndimizə xoş gəlmisiniz. Allahın bu gününə şükür, gözəl yurdumuza qovuşduq. Bizi bu torpaqlara qaytaran Prezidentimizə təşəkkür edirəm. Gəldi, bizimlə də görüşdü. Çox xoşbəxtəm. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Torpaqlarımız onilliklər ərzində işğalda idi, onu azad etməyi məhz Müzəffər Ali Baş Komandanımız bacardı. Onun sayəsində belə gözəl yurdumuzdayıq. Allah şəhidlərimizə rəhmət eləsin."

Kəndin qocaman sakinləri bu torpaqların keçmiş bərəkətli günlərini və unudulmuş adət-ənənələrini yaxşı xatırlayırlar. Prezidentlə görüşdə iştirak edən digər sakin Aydın Məmmədov da söhbətə qoşulur. Bildirir ki, Böyük Qaladərəsinin sakinləri vaxtilə əsasən heyvandarlıq və arıçılıqla məşğul olublar. O, erməni silahlı dəstələrinin hücumları səbəbindən 1992-ci il mayın 18-də bu kənddən çıxmağa məcbur olduqlarını deyir: "Ev-eşiyimiz, var-dövlətimiz qaldı. İndi 66 yaşım var. 30 ildən sonra qayıtdıq. Allaha şükür ki, bizə belə bir günü görmək nəsib oldu. Bu, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində mümkün oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Şükürlər olsun ki, indi öz kəndimizdəyik. Burada bizim üçün əvvəlkindən də gözəl şərait yaradılıb."

Böyük Qaladərəsi kəndi insanı valeh edən füsunkar və bənzərsiz bir təbiətə malikdir. Kəndin ətrafını saran əzəmətli uca dağlar və göz işlədikcə uzanan yamyaşıl, sıx meşə örtüyü bura füsunkar gözəllik bəxş edir. Hər addımda qarşıya çıxan saf bulaqlar və insanın ruhunu dincəldən təmiz, oksigenlə zəngin havası bu yurdu əsl təbiət möcüzəsinə çevirib.

Sakinlərlə sağollaşıb kənddən ayrılırıq. Kənddən ayrılarkən arxada qalan mənzərə sadəcə bərpa olunan evlər və yenilənən infrastruktur deyil, həm də otuz illik həsrətin yerini alan milli qürur və böyük ümidlər idi. Körpə gülüşləri, yaşlı insanların xeyir-duası və gənclərin qurub-yaratmaq əzmi bu torpaqların əbədi sahiblərinə qovuşduğunun ən bariz sübutudur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin nuru bu gün Böyük Qaladərəsinin hər bir pəncərəsindən boylanır, kəndin ağrılı keçmişini işıqlı gələcəklə əvəz edir. Vaxtilə sükuta qərq olan bu qədim yurd yeri, indi dövlətimizin qüdrəti sayəsində yenidən özünün xoş günlərini yaşayır.

 

Müəllif – Ceyhun Rüstəmov
Fotoqraf – Nicat Haşımov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH