ABŞ-nin Vitse-prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq
Bakı, 29 may, AZƏRTAC
ABŞ və İran arasında sülh razılaşması əldə olunmayıb. Amma buna çox yaxınıq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə açıqlamasında deyib
Onun sözlərinə görə, hər iki tərəf bu məsələ üzərində işləməyə davam edir.
Qeyd edək ki, daha əvvəl “Axios” ABŞ və İranın 60 günlük atəşkəs və İslam Respublikasının nüvə proqramı üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutan Anlaşma Memorandumunun layihəsi üzərində razılığa gəldiyini yazıb. Lakin İranın “Tasnim” xəbər agentliyi memorandumun mətninin hələ razılaşdırılmadığını və ya təsdiqlənmədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:47]