“Barselona” argentinalı hücumçu ilə anlaşıb
Bakı, 29 may, AZƏRTAC
Argentina millisi və “Atletiko Madrid”in futbolçusu Xulian Alvares "Barselona" ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Sesar Luis Merlo sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi hazırda Madrid təmsilçisi üçün rəsmi təklif hazırlayır. “Barselona” bu keçid üçün qarşı tərəfə heç bir oyunçusunu təklif etmək niyyətində deyil.
"Atletiko Madrid" argentinalı forvarda görə təxminən 150 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında İngiltərənin "Mançester Siti" klubundan Madrid təmsilçisinə qoşulub. Hücumçu başa çatan mövsümdə 49 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]