Beynəlxalq Muğam mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd mərasimi açaraq Xocalı soyqırımından danışıb, faciə qurbanlarının xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını deyib. Vurğulayıb ki, aprel döyüşlərində Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib və tariximizə parlaq səhifə yazıb.
Tədbir muğam ustalarının çıxışı ilə davam edib.