Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Prezidenti İsmayıl Safidən
Zati-aliləri,
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının bütün üzvləri adından təbrik edim.
Müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində Azərbaycan xalqı demokratik, konstitusiyalı və iqtisadi cəhətdən müstəqil dövlət qura bildi. Biz bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, rifah və tərəqqi arzulayaraq ümidvar olduğumuzu ifadə edirik ki, ölkənizdə hər zaman sülh, qarşılıqlı anlaşma və insanlar arasında dostluq olacaqdır.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramımı çatdırıram.
Hörmətlə,
İsmayıl Safi
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi
Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun
Prezidenti