Beynəlxalq qrant müsabiqəsi üzrə layihələrin qəbulu vaxtı uzadılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə elan etdiyi beynəlxalq qrant müsabiqəsi üzrə layihələrin Fondun e-Qrant sistemi vasitəsilə qəbulunun vaxtı martın 29-dək uzadılıb.
AZƏRTAC Elmin İnkişafı Fondunun saytına istinadla xəbər verir ki, bu qurumun və TÜBİTAK-ın birgə elanına görə, Azərbaycan tərəfindən təqdim edilən layihə üçün biznes və ya sənaye qurumunun məbləğ konkret göstərilməklə yazılı maliyyə dəstəyi tələb olunur. Maliyyə dəstəyinin minimum həddi layihə məbləğinin ən azı 25 faizini təşkil etməlidir. Biznes və ya sənaye qurumunun maliyyə dəstəyinin daha çox olması ekspertizanın nəticələri əsas tutulmaqla həmin layihənin qalib olmaq şansını kifayət qədər artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub
- 08.06.2026 [15:57]
Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]