Binəqədi qəsəbəsinin küçə və yolları təmir olunur
Bakı, 4 oktyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonunun Binəqədi qəsəbəsi üzrə uzunluğu 55 kilometr olan küçə və yolun təmiri nəzərdə tutulub. Bu istiqamətdə təmir işləri I Mədən küçəsi korpus 24 və 37 ünvanlarında aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.