Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün özü və yaxınları ilə birlikdə qayınatası Vəli Nəbiyev tərəfindən kafeyə dəvət edilib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.
E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb. E.Quliyev, atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı şübhəli şəxs qismində saxlanılıblar. Hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.
Binəqədi Rayon Polis İdarəsində istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]