“Birinci Türkoloji Qurultayın dərsləri” – yeni nəşr
Bakı, 30 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib. Kitab qurultayın 100 illik yubileyinə həsr edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, kitabı Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib və “BDU Nəşr Evi”ndə çap olunub.
Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) ön plana çıxarılır. Dərs vəsaiti Filologiya, Tarix, Şərqşünaslıq fakültələrinin tələbələri, habelə qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq.
Kitabın ideya müəllifi BDU-nun rektoru Elçin Babayev, elmi redaktoru akademik Şahin Mustafayev, rəyçiləri professor Mahirə Hüseynova və professor Məhərrəm Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:42]
Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO
- 17.10.2026 [13:24]
Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub
- 17.10.2026 [13:12]
Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur
- 17.10.2026 [11:02]
Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir
- 17.10.2026 [09:09]
Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO
- 17.10.2026 [07:20]
Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]