RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ ZATİ-ALİLƏRİ CƏNAB PAN Gİ MUNA
Biz Azərbaycan Respublikası ilə BMT arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu mənada Təşkilatın bütün strukturları ilə əlaqələrimizi hərtərəfli genişləndirməyə, həyata keçirilən proqram və layihələrdə yaxından və səmərəli iştirak etməyə çalışırıq.
Sizi əmin edirəm ki, biz BMT-nin Nizamnamə və prinsiplərinə bundan sonra da sadiq qalacaq, Yer üzündə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, beynəlxalq əməkdaşlığın inkişafı, insan hüquqları və azadlıqlarının təmin edilməsi naminə qarşıda duran vəzifələrin həlli istiqamətində birgə işimizi və səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət və qarşıdakı məsul işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 oktyabr 2006-cı il.