BMT: Fevralın 24-dən bəri Ukraynada 8 mindən çox mülki şəxs həlak olub
Bakı, 21 fevral, AZƏRTAC
Ukraynada 2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 15-dək 8 mindən çox mülki vətəndaş həlak olub, 13 mindən çoxu isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin ali komissarının insan hüquqları üzrə idarəsinin məruzəsində deyilir. Qurum həlak olan və yaralananların sayının bundan xeyli çox olduğunu bildirib. Belə ki, hazırda məlumatların hamısını yoxlamaq və dəqiqləşdirmək mümkünsüzdür.
İndiyə qədər Ukraynanın 1141 yaşayış məntəqəsində ümumilikdə 21 min 293 mülki itkinin (8006 ölü və 13 min 287 yaralı) olduğu təsdiqlənib. Əhali arasında ən çox tələfat 2022-ci ilin martında müşahidə edilib - 3 min 918 ölü və 2 min 967 yaralı.
BMT, həmçinin Donetsk vilayətində 3 min 810, Xarkov vilayətində 924, Luqansk vilayətində 485 dinc sakinin hərbi əməliyyatlar nəticəsində həlak olduğunu qeydə alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]