Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir
Bakı, 27 oktyabr, AZƏRTAC
Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, dəyişikliklər borcluların qiymətli kağızlarına həbs qoyulması, onların tələbkara verilməsi və ya satışını nəzərdə tutur.
Layihəyə əsasən, qiymətli kağızlar tələbkara əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətlə, belə qiymət olmadıqda isə nominal dəyəri ilə təklif ediləcək. Tələbkar təklifə münasibətini yeddi iş günü ərzində bildirməlidir.
Tələbkar qiymətli kağızı qəbul etmədikdə, onun tənzimlənən bazarda satışı həyata keçiriləcək. İki ay ərzində satılmayan qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunacaq.
Satışdan əldə edilən vəsait icra xidmətinin depozit hesabına köçürülərək icra sənədinin tələblərinin yerinə yetirilməsinə yönəldiləcək. Yeni qaydalar daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızlarına şamil olunmayacaq.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:04]
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
- 27.10.2026 [11:48]
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
- 27.10.2026 [11:47]
Bankların kredit portfeli 33,7 milyard manata çatır
- 27.10.2026 [11:44]
Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb
- 27.10.2026 [11:32]
Bankomat və POS-terminalların sayı azalıb
- 27.10.2026 [11:27]
Bank sektorunun xarici öhdəlikləri azalıb
- 27.10.2026 [11:19]
Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]