ELM VƏ TƏHSİL
Botanika İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir
Bakı, 11 yanvar, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunda 2021-2022-ci tədris ili üçün magistrantların qış imtahan sessiyası başlanılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, imtahanlarda botanika ixtisası üzrə I və II kursda təhsil alan 5 magistrant, mikologiya ixtisası üzrə II kursda təhsil alan iki magistrant iştirak edir. İmtahanlar karantin rejiminə uyğun şəkildə təşkil olunub. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar. AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin magistratura sektorunun müdiri Qafil Dəmirov imtahanların gedişini izləyib.
İmtahanlar yanvarın 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2024 [17:13]
Agentlik: 108 mindən çox uşaq birinci sinfə müsabiqəsiz qəbul edilib
- 05.06.2024 [16:13]
Rəsədxanada ustad dərsi: Qalaktikaların xüsusiyyətləri
- 05.06.2024 [16:02]
Türkiyənin nümayəndə heyəti ADNSU-da olub
- 05.06.2024 [15:30]
Nanohissəciklərin biotibdə istifadəsi - MBBİ-də elmi seminar
- 05.06.2024 [15:09]