Bəşəriyyət planetin ehtiyatlarını avqustun 1-dək tükətmək üzrədir
Bakı, 5 iyun, AZƏRTAC
Bəşəriyyətin bu il ərzində Yerin təkrarən bərpa edə biləcəyi təbii ehtiyatları avqustun 1-dək tükətmək üzrə olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, dayanıqlı inkişaf üzrə beynəlxalq “Global Footprint Network” təşkilatının son hesablamalarına görə, yeddi aydır ki, bəşəriyyət bərpaolunan təbii resursların şərti ehtiyatından istifadə edir.
Bununla əlaqədar olaraq, 2024-cü ildə resursların tükənməsini ifadə edən Ümumdünya Ekoloji Borc Günü 2023-cü illə müqayisədə (2 avqust) bir gün irəli çəkiləcək.
Bu, əsasən, okeanların karbon saxlama səviyyəsinin aşağı olması və həddindən artıq yüksək səviyyədə olan karbon emissiyalarındakı azalmanın çox kiçik olması ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]