REGİONLAR
30 ildən sonra nəşi tapılan şəhid Mehdiqulu Quliyev Beyləqanda torpağa tapşırılıb
![](/files/galleryphoto/2024/2/1200x630/1717585362641456751_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175853622652030478_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175853625712853395_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717585362330317787_1200x630.jpeg)
Beyləqan, 5 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Mehdiqulu Mədət oğlunun meyiti Beyləqan rayonunda dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Mehdiqulu Quliyevlə keçirilən vida mərasimində rayon sakinləri, şəhidin ailə üzvləri, Cəbrayıl və Beyləqan rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhid Milabad qəsəbə məzarlığında dəfn olunub.
Qeyd edək ki, Quliyev Mehdiqulu Mədət oğlu naməlum şəhid kimi Füzulinin Balabəhmənli kənd qəbiristanlığında torpağa tapşırılmışdı.
Onun ailəsi - həyat yoldaşı və üç azyaşlı övladı da 1993-cü ildə itkin düşüb.