Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük çillə Kiçik çilləyə: Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır

Xalq təqvimi - qədim Naxçıvanda keçirilən el şənlikləri

Naxçıvan, 31 yanvar, Rauf Əliyev, AZƏRTAC

Etnoqrafiyamızda xalq təqviminin özünəməxsus yeri var. Əkinçiliklə və maldarlıqla məşğul olan babalarımız tarixən təbiət hadisələrini izləyib, təbiətdə baş verən dəyişikliklərə, məişətdə görüləcək işlərə uyğun hər il təkrarlanan bir təqvim hazırlayıblar. Bu təqvimə əsasən əlamətdar günlər xalq bayramına, el şənliyinə çevrilib. Xalq özü bu mərasimlərin həm təşkilatçısı, həm yaradıcısı, həm də tamaşaçısı olub. Bu folklor nümunələri, etnoqrafik bilgilər nəsildən-nəslə ötürülüb, min illər boyu yaşayıb. Bu cür mərasimlərin keçirilməsi ən çox qış aylarında baş verir. Bu isə təsadüfi deyildir. Payızın son günlərindən başlayaraq təsərrüfat işlərindən azad olan insanlar vaxtlarını səmərəli keçirməyə çalışıblar.

Səddə bayramı Novruza 50 gün qalmış keçirilir

Tədqiqatçı Zaleh Novruzov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində bildirib ki, noyabr ayında vaxtilə təntənəli keçirilən, lakin unudulmuş Azərbaycan bayramlarının ayinlərini qoruyub saxlayan insanlar Kövsəc, dekabr ayında isə Çillə bayramlarını qeyd ediblər. Yanvar ayının sonunda, Novruz bayramına 50 gün qalmış Səddə bayramı keçirilərdi. Səddə bayramı haqda günümüzə çox az məlumat gəlib çatıb. Dahi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində isə bu bayramın yalnız adı çəkilir:

Novruz ilə Səddə bayramlarında

Ayinlər yenidən olurdu bərpa.

Bəzi tədqiqatçılar bu mərasimin mentalitetimizə uyğun olmadığını, ona görə də unudulduğunu söyləyirlər. Zənimizcə, bu mərasim Zərdüşt dini ilə, odla, xüsusən xürrəmilərlə bağlıdır.

Ta qədimdən Səddə bayramında meydanda böyük tonqal yandırar, ətrafında əl-ələ tutub rəqs edər, “Novruza 50, biçinə 150 gün qaldı” deyərmişlər. “Səddə” sözü “səd” sözündən yaranıb və qış ilə yay arasında tonqaldan sərhəd çəkməyə işarədir. “Biçinə 150 gün qalmaq” ifadəsi çox güman ki, Naxçıvanla bağlıdır. Çünki Azərbaycanın aran zonasında iyunun əvvəli, Naxçıvanda isə iyulun əvvəlində taxıl biçininə başlanılır.

Kiçik çillə, vay çillə

Tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov xalq arasında dolaşan bir rəvayətlə bağlı yazır ki, Böyük çillə ömrünü başa vurub geri qayıdanda yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: “Nə etdin?” Böyük çillə cavab verir: “Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə buna gülüb deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.

İnsanlar Böyük çilləni rəhmli, qarlı, bərəkətli sayırlar:

Böyük çillə, nar çillə,

Ağ gül üstə qar çilə.

Buğdalara yorğan ol,

Bağçalara bar çilə.

Kiçik çilləni isə amansız, sərt hesab edib, ona şeirlər qoşublar:

Kiçik çillə, vay çillə

Qarlı, dumanlı çillə.

Aşıq Molla Cuma çillə haqqında belə yazır:

Durubsan meydanda özünü çəkib,

Bu meydanda mən aslanam, sən nəsən?

Girərəm ortaya qaş-qabaq töküb,

Çillə kimi qar salanam, sən nəsən?

Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Muxtar respublikanın Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün Böyük çillədən, dörd gün isə Kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, Böyük çillənin son, Kiçik çillənin isə ilk dörd günü qışın ən sərt günləridir. Asəf Orucovun Culfa bölgəsindən topladığı etnoqrafik çöl materiallarına görə, bu bölgədə Böyük çillə qurtarıb, yerini Kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “Çillə kəsdi” oyunu və ya şənliyi keçirilərmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.

“Çoban bayramı” və ya “Saya gəzmə” mərasimi

Asəf Orucov etnoqrafik materiallara əsaslanaraq yazır ki, xalq təqviminə uyğun olaraq Böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilibmiş. Bu onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir.

Araşdırmalardan məlum olub ki, Ordubadda Böyük çillə ilə Kiçik çillə arasındakı “təhvil-təslim dövrü”ndə və ya Böyük çillə qurtarıb yerini Kiçik çilləyə verən gün “Çoban bayramı” və ya “Saya gəzmə” adlı mərasim təşkil edərdilər. Bu bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, dölün bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda, bu tariх maldarlar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.

Xeyir-bərəkət bayramı - Xıdır Nəbi

Kiçik çillə dövründə keçirilən mərasimlərdən biri də “Xıdır Nəbi”dir. Bu barədə danışan tədqiqatçı Zaleh Novruzov deyir ki, buna bəzən “Xıdıra-xıdır” da deyirlər. Naxçıvanda “Xıdır Nəbi” bayramı müxtəlif vaxtlarda, bəzi kəndlərdə isə bir neçə dəfə keçirilir. “Azərbaycan etnoqrafiyası” kitabındakı “Novruz bayramı” məqaləsində Kiçik çillənin (fevralın) birinci ongünlüyünün “Xıdır Nəbi” adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğun-boranlı keçdiyi qeyd edilir. “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözü də məhz buradan yaranıb.

Xıdırın yaşıllıq, bahar hamisi olan Xızırla və əksər xalqlarda su, yağış, çay, dəniz hamisi kimi tanınan İlyasla da əlaqəsi olduğu qeyd edilir.

Zaleh Novruzov bu məqamda xatırladır ki, bir çox hallarda Xıdır və Xızır sözləri arasındakı oxşarlıq çaşqınlıq yaradır. Xıdır Nəbi bilavasitə Kiçik çillənin ilk ongünlüyündə keçirilən xüsusi mərasimlə bağlı olduğu halda, Xızır, dediyimiz kimi, yaşıllıqla, baharla bağlıdır. Əslində isə bunların bir-biri ilə heç bağlılığı yoxdur. Etnoqraf Asəf Orucov da qeyd edir ki, Xıdır Nəbi mərasiminin su və yaşıllıqla heç bir əlaqəsi ola bilməz. Naxçıvanın dağlıq bölgələrində bu dövrdə bir metrə qədər qar olur. Deməli, fevral ayında keçirilən Xıdır Nəbi bayramı ilə mayda keçirilən “Hıdır-Ellezi” qarışdırmaq o qədər düzgün olmazdı. Təkcə Azərbaycan türkləri deyil, digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram “Hıdır-Ellez” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə “Xıdır Nəbi” bayramı Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir”.

Naxçıvan şəhəri və ətraf kəndlərdə “Xıdır Nəbi” Kiçik çillənin ikinci cümə axşamı və ya Kiçik çillənin dövrünün yarısına yaxın olan cümə axşamı keçirilir. Muxtar respublikanın Babək rayonunun əksər kəndlərində isə “Xıdır Nəbi” Kiçik çillə dövrünün yarısına yaxın çərşənbə axşamı (eyni ilə çərşənbələr kimi) qeyd edilir.

Bayram yeməkləri - dadlı qovurğa, şirin qovut

Zaleh Novruzovun sözlərinə görə, “Xıdır Nəbi”nin keçirilmə mərasimi, demək olar ki, hər yerdə oxşardır. Adətən, bu bayrama yaydan hazırlıq gedir. Çətənə, küncüt, fındıq, şabalıd, noxud, püstə, badam, ceviz, ərik dənəsi, qarpız toxumu tədarük edilər və “Xıdır günü” qovrulardı. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır, əsasən, ağ, yumşaq növ buğdadan hazırlanır. Qovurğa dəstərdə (kirkirə, əl daşı) çəkilir və ya dibəkdə döyülür, qovut hazırlanır. Qovut uzaq səfərə gedənlər üçün çörəyi əvəz edən yol azuqəsi kimi də istifadə edilərdi. Qovut axşam pəncərə qabağında sərili qoyulardı ki, gecə Xızır Peyğəmbər qovuta əlini və ya çəliyini vursun. Quru halda qovutu yemək çətin olduğu üçün onu yoğurarlar. Qovut yoğurmaq üçün, əsasən, doşabdan istifadə edirlər. Doşabı bal ilə də əvəz etmək olar. Heç biri olmadıqda isə şəkər şərbəti hazırlayıb onunla yoğururlar.

“Xıdır Nəbi” və İlaxır (axır çərşənbə) mərasimlərində də oxşarlıq var. Adətən, papaqatma (şal sallama, torba atma) hər iki bayramda təkrar olunur. “Xıdır Nəbi” günü uşaqlar qapıları gəzir, torba ataraq Xıdır payı toplayarlar. Bu zaman müxtəlif nəğmələr oxunur:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar.

Xıdıra pay yığmağa

Biz gəlmişik hayınan.

Xızır-xızır xız gətir,

Var dərədən od gətir.

Uşaqlar sonra bir evə toplaşar, səhərə qədər çalıb-oynayar, şənlənərdilər.

Pay toplamağın “Xıdır Nəbi” mərasiminin maraqlı bir elementi olduğunu qeyd edən Zaleh Novruzov bildirir ki, bu mərasimi yerinə yetirən uşaqlar məhəllələri öz aralarında bölər, qapıları döyüb torba atardılar. Bəzi ailələrdə isə “Xıdır Nəbi”də yumurta boyayırlar. Bu bayramda oğlan evindən nişanlı qıza, bəzən də qız evindən nişanlı oğlana, təzə gəlinlərə bayram sovqatı göndərilir. Bu bayramda niyyət edib, qulaq falına çıxanlar da olur.

Göründüyü kimi, xalq təqviminin mühüm mərhələsini təşkil edən bayramlarda fərqli ayinlər icra olunub və onların bir çoxu günümüzdə yaşamaqdadır. Qədim tariximizdən süzülüb gələn bu bayramlarımızın təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması isə hər birimizin borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ olub

Azərbaycan nefti 95 dollara satılır

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH