Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib
Bakı, 3 iyul, AZƏRTAC
Çinin “Alibaba”, Fransanın “Carrefour”, Amerikanın “Procter & Gamble Co. (P&G)” və daha bir sıra iri istehlak sektoru şirkətləri GS1 beynəlxalq təşkilatının standartlarına uyğun olaraq 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib.
AZƏRTAC “Hong Kong Business”ə istinadla xəbər verir ki, belə QR kodların köməyi ilə istehlakçılar məhsullar haqqında ətraflı məlumat, o cümlədən istifadə və utilizasiya təlimatları, enerji dəyəri, sənaye sertifikatları və təhlükəsizlik haqqında məlumatları əldə edə bilərlər.
QR kodlar həmçinin son istifadə tarixlərini yoxlamağa, müddət bitdiyi təqdirdə kassada malın satışını bloklamağa, yaxınlaşdığı təqdirdə isə endirimli qiymətə satmağa imkan verir.
GS1-in rəhbəri Reno de Barbüa belə kodların tətbiqini “ikinci barkod inqilabının başlanğıcı” adlandırıb. GS1 tərəfindən standartlaşdırılan ilk barkodlu məhsul 50 il əvvəl satılıb. Bu gün onlar gündə 10 milyard dəfədən çox skan edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]