Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Brexit” və “Frexit”: Aİ-də siyasi təlatümlər davam edir

“Brexit” və “Frexit”: Aİ-də siyasi təlatümlər davam edir

Bakı, 24 iyul, AZƏRTAC

Fransada prezident seçkisinin nəticələri Avropa İttifaqı miqyasında mövcud siyasi problemlərin həllində müəyyən ümidlər yaratmışdı. Siyasi dairələr və elektorat hesab edirdi ki, sağ mərkəzçi Emmanuel Makron “qoca qitənin” xilaskarı” rolunu oynaya bilər. İndi aydın olur ki, bu rəy xeyli dərəcədə antiavropaçı təsiri bağışlayan milliyyətçi Marin Le Penin Avropa siyasi şüuru üçün qorxulu sayıla biləcək şüarlar irəli sürməsi ilə bağlı olub. Ancaq E.Makron da istisna etmir ki, “Frexit” meydana gələ bilər. Onun fikrincə, bunun olmaması üçün Aİ-də ciddi islahatlar həyata keçirilməlidir. Əgər bu baş verməsə, Fransa Avropa İttifaqından çıxa bilər. Ancaq seçkidən sonra E.Makronun fəaliyyəti göstərir ki, Fransanın yeni prezidenti daha çox Avropa İttifaqının möhkəmlənməsində maraqlıdır. Hətta o, bütövlükdə Qərb dəyərlərinə üstünlük verdiyini nümayiş etdirir. Ekspertlər Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Fransa dövlət başçısının cəsarətli davranışını və Donald Trampdan çəkinməyərək NATO sammitində avropalı siyasətçilərin qürurunu oxşayan hərəkətlər etməsini nümunə kimi göstərirlər.

Makronun vədləri və fəaliyyəti: seçkidən sonrakı addımlar

Prezident seçkisi zamanı əksər ekspertlər Fransanın sözün həqiqi mənasında Avropa ideyasına münasibətdə bir qeyri-müəyyənlik zolağına düşdüyünü həyəcanla vurğulayırdılar. Bir cəbhədə ölkənin Aİ-ni tərk etməsində israr edənlər, digərində isə Avropasız Fransanın mövcud ola bilməyəcəyi ideyası mövcud idi. Dövlət başçısı seçkiləri reallıqda bu iki xəttin ideoloji savaş meydanını xatırlatmışdı.

İndi Avropa İttifaqının analitik və ekspert dairələri Emmanuel Makronun prezident kimi fəaliyyətini analiz edirlər. Onu daha çox perspektivli siyasi lider kimi təqdim edirlər. Bu da təsadüfi deyil. Fransanın yeni prezidenti bir sıra beynəlxalq tədbirlərdə kifayət qədər qətiyyət və iradə nümayiş etdirib. Onun daha çox müstəqil mövqe tutması diqqətləri çəkir. Belə ki, E.Makron V.Putin, D.Tramp və A.Merkel ilə münasibətlərində özünü sərbəst aparır və müstəqil mövqeyini ortaya qoyur.

Ekspertlər Makronun beynəlxalq problemləri yaxşı səviyyədə müzakirə etdiyini xüsusi vurğulayırlar. Amerika prezidenti ilə o, həm iqlim məsələsini, həm də beynəlxalq terrorla mübarizə problemini geniş müzakirə edib. Yayılan informasiyalara görə, Makron Trampı iqlim dəyişikliyi ilə bağlı Paris müqaviləsinə yenidən baxmağa razı sala bilib. Onun terrorla mübarizə məsələsində Fransanın statusunu artıran şərtlər daxilində ABŞ-ın prezidenti ilə danışıqlar aparması da analitiklərin marağına səbəb olub.

Bunlarla yanaşı, E.Makronun son zamanlar açıq surətdə Berlini liderlik ambisiyalarında ittiham etməsi başqa məqamlardan xəbər verir. Fransanın dövlət başçısı Almaniya kanslerinin Avropa İttifaqında maliyyə məsələsinə nəzarət etməyə can atmasına mənfi münasibət bildirib. Bu üsulla təşkilatı inkişaf etdirməyin mümkün olmadığını söyləyib.

Məsələnin bu tərəfi maraqlıdır və Avropanın böyük dövlətlərində bir siyasi-ideoloji böhranın mövcudluğundan xəbər verir. Belə ki, Aİ-də daxili siyasi mühitin konkret lideri yoxdur, müxtəlif cərəyanlar arasında mübarizə kəskinliklə davam edir. Bir sıra ekspertlər bu vəziyyəti keçid dövrü kimi də qiymətləndirirlər. Onlar faktiki olaraq “qoca qitə”nin ciddi siyasi transformasiyalar ərəfəsində olmasına işarə verirlər. Özü də bu tendensiya Avropa İttifaqının əsas böyük dövlətlərinin hər birində müşahidə edilir. Budur, Böyük Britaniyadan sonra Fransada da “Frexit”dən danışırlar.

Yuxarıda vurğuladıq ki, E.Makron çıxışlarının birində demişdi ki, əgər Aİ-də islahatlar olmasa, Fransa təşkilatı tərk edə bilər. Bununla bağlı o, bəyan edib: “Beləliklə, biz mütləq bu Avropada islahatlar aparmalıyıq. Bizə belə bir situasiyada xalqımızı müdafiə etmək və qloballaşmanı tənzimləmək üçün yeni Avropa İttifaqı lazımdır” (bax: Макрон допустил возможность выхода Франции из Евросоюза / "РИА Новости", 1 may 2017). Belə çıxır ki, siyasətçi Avropada mövcud sosial-siyasi və mədəni vəziyyətin insanların təhlükəsizliyini təmin edə bilmək iqtidarında olmadığına əmindir. Aİ-də islahatlar aparılmalıdır ki, yeni situasiyada təhlükəsizliyi təmin etmək mümkün olsun. Bu isə əslində, təşkilatın ciddi böhran mərhələsində olmasını ifadə edir.

Bəs bu islahatlar hansı məqamları nəzərdə tutmalıdır? Fransada prezidentliyə iddialılar burada iki faktoru xüsusi vurğulayırdılar. Birincisi - milli özəlliyin qorunmasıdır. İkincisi - sosial-iqtisadi durumun yaxşılaşdırılmasıdır. Hər iki məsələ üzrə güzəşti avropalılar “xalqı satmaq” kimi qəbul edirlər. E.Makron da həmin məqamı açıq bildirib. O deyib: “Əgər mən sabah Aİ-nin indiki qaydada fəaliyyətini davam etdirsəm, onda mən öz xalqımı satmış olaram” (bax: əvvəlki mənbəyə). Bunun nəticəsi isə “Frexit” olar. Məntiq aydındır.

Avropa İttifaqının mövcud sistemi daxilində heç bir dəyişiklik müsbət nəticə verməyəcək. Artıq Avropanın aparıcı siyasi dairələri təşkilatda köklü yeniləşmələrin olmasını tələb edirlər. M.Le Pen də bu situasiyadan istifadə edərək, avrodan imtina etməyin vaxtının gəldiyini söyləyirdi. Onun fikrincə, artıq avro “ölüb”. Belə isə Aİ-nin vahid valyuta ideyasını da dəfn etmək lazım gəlir.

İnteqrasiyadan imtina: tendensiya güclənir

Müxtəlif ölkələrin öz valyutalarına keçidi isə birbaşa inteqrasiya prosesinin çox çətin vəziyyətə düşməsi anlamını verir. Görünür, elə bu səbəbdən bir sıra nüfuzlu ingilis siyasətçiləri Böyük Britaniyanın Aİ-ni tərk etməsini hələ də əngəlləməyə çalışırlar. Məsələn, bu yaxınlarda keçmiş baş nazir Toni Bler siyasətə qayıtmaq fikrində olduğunu bəyan edib. O, əsas məqsədinin Böyük Britaniyanın təşkilatı tərk etməsinə mane olmaqdan ibarət olduğunu deyib (bax: Тони Блэр объявил о возвращении в политику из-за "Брексита" / Kommersant.ru, 1 may 2017). O, ümid etdiyini bildirib ki, xalqın iradəsi yekun müqavilə tərtib ediləndən sonra dəyişə bilər. Yəni həm müsbət, həm də mənfi mənada cəmiyyət yeni qərara gələ bilər. Buna görə də “Brexit”lə bağlı müqavilədə İngiltərə üçün maksimum dərəcədə ziyansız olan faktorlar nəzərə alınmalıdır.

Bunlar bir həqiqəti təsdiq edir - Avropa İttifaqının böyük dövlətlərində cəmiyyətlər təşkilatın gərəksizliyi ilə bağlı konkret rəyə gələ bilərlər. Bunun üçün ciddi sosial, siyasi, ideoloji, təhlükəsizlik və iqtisadi şərtlər meydana gəlib. Eyni zamanda, həmin tendensiyanın güclənməsində ABŞ-ın rolunun az olmadığı ehtimal edilir. Əksər mütəxəssislər isə daha çox “ikili standartlar” siyasətinin bütövlükdə Qərb siyasi mühitini böhrana apardığı qənaətindədirlər. Onlar hesab edirlər ki, bu siyasi kursdan mövcud sistem daxilində xilas olmaq mümkün deyildir. Məsələnin də ən qəliz tərəfi bundan ibarətdir.

Ekspertlər xüsusilə miqrant məsələsinə yanaşmada olan fikir ayrılığını vurğulayırlar. Siyasi liderlərin bir qismi Avropada demoqrafiyanın çox arzuolunmaz vəziyyətdə olduğunu nəzərə alaraq, miqrantların sərbəst Aİ-yə gəlməsinin daha doğru olacağını deyirlər. Maraqlıdır ki, Fransada prezidentliyə iki namizəddən heç biri bu mövqedə deyildi. Deməli, Avropanın bu böyük dövlətinin miqrantlarla bağlı siyasətində bir dəyişiklik gözlənilmir.

Digər qisim siyasətçilər isə bunun tam əksini söyləyirlər. Onlar bu məsələdə daha sərt mövqe tutaraq miqrantları güclə Avropadan çıxarmağı tələb edirlər. Belə mövqedə olanların sayı günbəgün artır. Məsələn, yaxın keçmişdə Londonda ingilislər gəlmə sayılan Böyük Britaniya vətəndaşı olan qadınları küçədə sıxışdırmışdılar. Buna cəmiyyətdən müəyyən təpkilər olsa da, müdafiə edənlər də az olmamışdı. Eyni mənzərəni indi Avstriyada, Almaniyada, yaxud Hollandiyada müşahidə etmək olar. Hollandiya və Avstriyada açıq mətnlə siyasətçilər miqrantlara qarşı radikal çağırışlar edirlər. Bunların fonunda Avropa demokratiyasının can verdiyini demək olar.

Bunlardan iki vacib nəticə hasil etmək mümkündür. Birincisi, bütövlükdə Avropa İttifaqı böhranlı vəziyyətin yeni mərhələsinə qədəm qoyur. İkincisi, Fransada artıq siyasi liderlər “Frexit”dən daha konkret kontekstlərdə danışırlar. Aİ-nin daha çətin siyasi mərhələyə keçməsi qlobal miqyasda geosiyasi dinamikaya ciddi təsir edə bilər. Bunun fonunda Rusiya və Çinin fəallaşması davam edəcək. Onlar beynəlxalq miqyasda öz sözlərini qətiyyətli və yüksək səslə demək imkanı əldə edəcəklər.

O cümlədən dünyanın inkişaf etməkdə olan böyük dövlətləri öz milli valyutalarına daha çox üstünlük verə bilərlər. Bu sırada Türkiyə ilə Hindistanın ticarətdə dollardan deyil, lirə və rupidən istifadə etməyə meyillənmələri ekspertlərin marağına səbəb olub. Bunlar böyük ölçüdə Qərbin maliyyə dominantlığına zərbə vura bilər ki, bu da özlüyündə Aİ-nin bir struktur olaraq mövcudluğuna təsir göstərər.

Yəni, konkret deyilsə, “Frexit” bir sıra fransız siyasətçilərinin seçki kampaniyasının sadə elementi deyil. Bu, müasir mərhələdə Avropa siyasi mühitinin daxili məntiqindən yaranan siyasi anlayışdır. “Brexit” kimi “Frexit” də Avropanın siyasi gerçəyi ola bilər. Onun ardınca isə “EUexit” gələ bilər. Hər şey Avropa İttifaqının islahatlara nə dərəcədə açıq olacağından asılıdır. Məsələnin bu tərəfi isə hələlik qaranlıqdır. Brüssel yeniləşməyə müqavimət göstərir.

Onu daha çox Avropanın birləşmiş ordusunun yaradılması maraqlandırır. Bununla isə problem qətiyyən həll edilə bilməz. Ən yaxşı halda bu ordudan Aİ-nin hansısa böyük dövləti öz marağı üçün istifadə edəcək. Problemlər isə qalacaq. Deməli, bundan sonra da Avropada populizmin, irqçiliyin, millətçiliyin, radikal meyllərin mövcud olacağı qənaətini ala bilərik.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO