İDMAN
Britaniya atletləri Avropa Oyunlarında uğur qazanmaq həvəslərinin hər gün daha da artdığını bildiriblər
London, 22 iyun, AZƏRTAC
Avropa ölkələrinin əksər kütləvi informasiya vasitələri kimi, Böyük Britaniya mətbuatı da “Bakı-2015”i ətraflı işıqlandırmaqda davam edir.
Ölkənin “Irish Indepenedent”, “Inside the Games”, “BT sport”, “The Herald”, “The Sunday Times” kimi nüfuzlu mətbuat orqanları birinci Avropa Oyunları haqqında məqalələr yayıb, Britaniya və digər ölkələrin atletlərinin uğurlarından bəhs edib.
Britaniya atletləri bu mətbuat orqanlarına müsahibələrində yarışlarda uğur qazanmaq həvəslərinin hər gün daha da artdığını bildiriblər. Onlar “Bakı-2015”də qazandıqları uğurların gələcək idman karyeraları üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Oyunlarda Britaniya komandasını təmsil edən şotlandiyalı dalğıc Ceyms Hitli hətta bir medalla kifayətlənməyərək üç medal qazanmağın sevincini “The Herald” qəzetində dərc edilən müsahibəsində oxucularla bölüşüb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London