Britaniya Kollecinin müəllim heyəti Cocuq Mərcanlıya səfər edib
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Britaniya Kollecinin müəllim heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
Kollecdən AZƏRTAC-a bildirilib ki, müəllimlər əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşüblər. Sonra kollecin müəllimləri şəhid ailələrinə baş çəkib, Ermənistan silahlı qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən balaca Zəhranın məzarını, eləcə də “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.
Kollecin müəllim heyəti “N” saylı hərbi hissədə də olub. Azərbaycan Britaniya Kolleci şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində fəal iştirakına görə fəxri fərmanla təltif edilib.