BRİTANİYALI SƏYAHƏTÇİLƏR BAKIYA GƏLMİŞLƏR
İyulun 11-də Bakının Xətai rayonunda yerləşən “Bakı SOS Uşaq Kəndi”ndə məşhur “Ceneral Motors DEU” avtomobil şirkətinin “SOS Kinderdorf İnterneşnl” beynəlxalq təşkilatı ilə birgə keçirdiyi “DEU sərgüzəştləri” xeyriyyə yürüşünün iştirakçıları mətbuat konfransı keçirmişlər. Böyük Britaniyalı səyahətçilər - jurnalist Riçard Meredit və mühəndis-geoloq Fil MakNerney Londondan Seuladək məsafəni 80 gün ərzində qət etməklə ərazisindən keçdikləri ölkələrdə kimsəsiz uşaqların vəziyyətini öyrənir, onların timsalında bu dövlətlərin öz gələcəklərinə necə münasibət bəslədiklərini beynəlxalq ictimaiyyətə çatdırırlar. Səyahətçilər öz marşrutlarına iyunun 9-da London yaxınlığındakı Luton şəhərindən başlayıblar. Bu günədək onlar 14 ölkəni və təxminən 9 min kilometr məsafəni qət ediblər. Yürüş iştirakçılarının sözlərinə görə, marşrutun ümumi uzunluğu təxminən 20 min kilometr olacaqdır. Səyahətçilər “Ceneral Motors DEU” şirkəti tərəfindən bu aksiyaya 30 min avro məbləğində maddi yardım ayrıldığını bildirdilər. Yürüşün sonunda şirkətin etdiyi maliyyə yardımı ilə dünyanın ən kasıb ölkələrindən olan Nepalda Uşaq Kəndinin və Ailə evinin tikilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:28]
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib
- 07.08.2026 [17:17]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [17:12]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [17:05]