Britaniyanın Baş naziri Ukraynaya hərbi yardımın artırılmasını istisna etmir
Bakı, 28 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Rişi Sunak, ölkə rəhbərliyinin dəyişməsinə baxmayaraq, Londonun Ukraynanı dəstəkləmək öhdəliyinə sadiq olduğunu və Kiyevə hərbi yardımın saxlanmasını, hətta artırılmasını elan etmək niyyətindədir.
AZƏRTAC The Guardian nəşrinə istinadla xəbər verir ki, Rişi Sunak bu fikirləri noyabrın 28-i axşamı Londonda biznes liderləri və diplomatlarla görüşdə səsləndirəcək. Qəzet onun çıxışından bir parçanı sitat gətirib: “Şübhəniz olmasın. Biz Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik. Gələn il hərbi yardımımızı saxlayacaq və ya artıracağıq... Ukraynanı müdafiə edərkən biz özümüzü müdafiə edirik".
The Guardian yazır ki, bu çıxış Rişi Sunakın Baş nazir vəzifəsinə başlamasından sonra xarici siyasətə dair ilk çıxışı olacaq.
Noyabrın 19-da Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Rişi Sunak Londonun Ukraynaya 125 zenit topu, həmçinin hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika verəcəyini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]