Bu ay meyvə zəhərlənməsi ilə əlaqədar 8 müraciət olub
Bakı, 13 iyun, AZƏRTAC
İyun ayının əvvəlindən 8 nəfər meyvədən zəhərlənmə nəticəsində Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə AZƏRTAC-a Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Onun dediyinə görə, qida zəhərlənməsi zamanı ilk şikayətlər mədə nahiyəsində köp, ağrı, ürəkbulanma, qusma, başgicəllənmə və zəifliklə əlaqədar olur. Xəstənin vəziyyəti kəskinləşəndə bədənin hərarəti də yüksəlir və hətta huşunu da itirə bilər.
Həmin halın baş verməməsi üçün yeni alınan meyvənin isti su altında yuyulması məsləhətdir. Meyvələrin qəbulu zamanı qocalar və uşaqlar daha diqqətli olmalıdırlar.
Baş həkim deyib: “Ən çox müraciətlər yeni yetişən çiyələk, qarpızla əlaqədardır, onu tez yetişdirəndə tərkibində nitrat, nitrid, pestisidin çox olması qida zəhərlənməsinə səbəb olur. Zəhərlənmə zamanı dərhal həkimə müraciət edilməli, xəstəyə ilkin tibbi yardım göstərərkən mədə-bağırsaq sistemi yuyulmalı və pəhriz saxlanılmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]