Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından 20 il ötür

Bakı, 23 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edən meşəbərpa tədbirləri

Son illər Bakıda və bölgələrdə həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

2019-cu il ölkəmizdə genişmiqyaslı ağacəkmə aksiyasının keçirilməsi ilə də yadda qalıb. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da respublikanın bütün bölgələrində dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağac əkilib. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10 min 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.

Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

2020-ci ildə meşə fondu sahələrindən 51 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşüb.

Builki yaz ağac əkini mövsümü öz məxsusiliyi ilə seçilir. Çünki bu il mövsümə işğaldan azad edilmiş Zəngilan rayonundan start verilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyasının gedişatında yaz ağacəkmə dövründə dövlət qurumları, özəl şirkətlər, media təmsilçiləri, könüllülər və vətəndaş cəmiyyəti nümayəndələri xüsusi fəallıq göstərib: “İctimaiyyətin və tərəfdaşlarımızın dəstəyi ilə bu yaz mövsümündə respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox toxum səpilib. Eyni zamanda, vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara nazirliyin tinglik sahələrində yetişdirilən 121 mindən çox müxtəlifcinsli ağac tingi paylanılıb. Ötən illərlə müqayisədə builki yaz ağacəkmə kampaniyasında ictimaiyyətin dəstəyini daha çox hiss etdik”.

Xidmət rəsmisi onu da vurğulayıb ki, ağacəkmə tədbirləri bütün regionlarda payız mövsümündə də davam etdiriləcək. İlin sonunadək 1 milyondan çox ağacın əkilməsi nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə monitorinqlər aparılır

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, düşmən əsarətindən azad edilən torpaqlarımızda işğala qədər 260,3 min hektar ərazidə meşə fondu var idi. Onun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü idi: “İlkin aparılmış monitorinqlər nəticəsində və kosmosdan əldə edilmiş fotolara əsasən müəyyənləşdirilib ki, 54 min hektar ərazi tamamilə məhv edilib. Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə yerləşirdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da, yaşıllıq ərazilər olub. Vandalizmin miqyası çox dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq, yenə də həmin rəqəmlərdən az olur. Ölkə başçısının elan etdiyi kimi “Böyük qayıdış”dan irəli gələrək planlarımız var. Həmin əraziləri yenidən bərpa edəcəyik. Ötən il işğaldan azad edilən kimi həmin ərazilərin yaşıllaşdırılmasına başlanılıb. Sevindirici haldır ki, bu il yaz əkin mövsümünün ilkini elə işğaldan azad olunmuş ərazilərdən birində - Zəngilanda başladıq. Azad edilmiş torpaqlarımız işğalda olarkən erməni terrorçuları tərəfindən minalandığından hələ ki, orada kütləvi tədbirlər keçirilmir. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparırlar. Ərazilər təmizləndikcə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Həmin ərazilərdə oranın təbiətinə uyğun ağac növləri əkiləcək. Əsasən meşəcinsli ağaclara üstünlük veriləcək. Gələcəkdə isə orada tinglik təsərrüfatlarının da yaradılması nəzərdə tutulur ki, təbiətimizə dəymiş ziyanı zaman-zaman bərpa edilsin. Bu qısa müddətdə olan məsələ deyil, uzun zaman lazım olacaq. Bununla yanaşı, dəymiş ziyan monitorinqlər keçirilərək öyrənilir. Bu məsələ beynəlxalq qurumlar qarşısında qaldırılacaq. Bildiyimiz kimi Azərbaycan 20-yə yaxın Konvensiyanın tam hüquqlu üzvüdür. Həmin konvensiyaların nümayəndələri ölkəmizə gələcək və işğaldan azad edilmiş ərazilərdə birgə monitorinqlər keçiriləcək. Onlar erməni vandallarının 30 il ərzində bizim təbiətimizə nə qədər ziyan vurduqlarının şahidi olacaqlar. Biz o əraziləri yenidən dilbər guşələrə çevirəcək, həmin torpaqların əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya bir daha sübut edəcəyik.

Azərbaycan azsulu ölkələrdən biridir. Ölkəmizin suya olan tələbatının 70 faizi kənardan formalaşır. Respublikamızın su ehtiyatının çox hissəsi azad edilmiş ərazilərdədir. Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı monitorinqlər gedir. Mənfur qonşularımız transsərhəd çaylar və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiyaların üzvü deyil və heç bir məsuliyyət daşımırlar. Onlar üzv olduqları konvensiyaların da şərtlərinə riayət etmirlər. Onlar mənfur xislətlərindən qalmadan təbiətimizi və çaylarımızı çirkləndirirlər. Bununla bağlı monitorinqlər gedir, ilkin araşdırmaların nəticələri də var. Beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Nazir müavini bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində müharibə dövründə qadağan olunmuş̧ silahların torpağa vurduğu ziyanla da bağlı araşdırmalar davam etdirilir: “Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan Qərargahın işçi qruplarından biri də ekologiya məsələlər ilə bağlıdır. İşçi qrupunun tədbirlər planında həmin məsələ öz əksini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu bu məsələ ilə bağlı müvafiq monitorinqlər keçirirlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlərinə görə, 1993-cü ilə qədər Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına salınıb və rəsmi rəqəm statusu alıb. Onlardan 141-i bərk filiz və qeyri-filiz və tikinti materialları, 26-sı yeraltı içməli şirin su və termal yataqlarıdır, o cümlədən həmin yataqların 16-sı yeraltı içməli su, 10-u isə termal-mineral sular kateqoriyasına daxildir.

O qeyd edib ki, erməni işğalçıları yeraltı mineral xammal ehtiyatlarına ciddi ziyan vurub: “Regionda 4 iri yataq - Kəlbəcərdəki Söyüdlü, Qızılbulaq qızıl yataqları, Tərtərdəki Dəmirli və Zəngilandakı Vejnəli yataqları ciddi şəkildə istismar edilib və ətraf ərazilərə çox böyük ekoloji ziyan vurulub. Ən acınacaqlı və təəssüfedici faktlardan biri də odur ki, bu işdə erməni işğalçılarına xarici şirkətlər və investorlar yaxından kömək ediblər. Hazırda həmin regionda yaradılmış komissiya və komendaturanın tərkibində fəaliyyət göstərən mütəxəssislər hər bir yatağın ayrı-ayrılıqda monitorinq və diaqnostikasının həyata keçirilməsi və vurulan ziyanın hesablanması istiqamətində ilkin işlərə başlayıblar. Yerli və xarici mütəxəssislərin iştirakı ilə hesabatlar hazırlanacaq və ziyanın həcmi müəyyənləşdiriləcək. Kəlbəcər, Füzuli və Şuşadakı bir sıra yataqlarda monitorinqlər keçirilib və erməni işğalçılarının törətdikləri talan və qanunsuz fəaliyyət aşkarlanıb. Proses davam edir və nəticədə son dəqiq məlumatlar əsasında ehtiyatların qalığı müəyyənləşdiriləcək və yeni perspektivlər proqnozlaşdırılacaq. Həmçinin regionda yeraltı faydalı qazıntı yataqları, şirin və termal-mineral suların yeni perspektivləri üzrə təkliflər hazırlanacaq”.

İşğaldan azad olunmuş torpaqlarımızda yeni xüsusi
mühafizə olunan təbiət əraziləri yaradılacaq

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə - milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir.

Cənubi Qafqaz regionunda ilk biosfer rezervatı Azərbaycanda yaradılacaq. Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

Planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası formalaşdırılacaq. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Hirkan meşələri üçün nominasiya sənədi və geopark statusu veriləcək vulkanlarla bağlı təkliflər paketi hazırlanır.

İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur - Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu. 30 ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.

İyirmi il ərzində nazirliyin ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ötən il rəşadətli Ordumuzun yağılardan təmizlədiyi doğma Qarabağda görüləcək işlər isə həddən ziyadə çoxdur. Bu gün peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin növbəti illərdə də uğurlu fəaliyyətini davam etdirəcəyinə və düşmən tapdağından qurtarılmış torpaqları yenidən dilbər guşələrə çevirəcəyinə inanırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb