Bu gün Tramp Ağ evdə Merkeli qarşılayacaq
Berlin, 27 aprel, AZƏRTAC
AFR kansleri Angela Merkel dünən axşam Berlindən Vaşinqtona yola düşüb. Bu gün Vaşinqton vaxti ilə saat 11:35-də Amerika Prezidenti Donald Tramp Ağ evin kandarında onu qarşılayacaq. Sonra Merkel fəxri qonaqlar kitabında ürək sözlərini yazacaq.
Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun Ağ evə gəlişində olduğu kimi, Angela Merkelin şərəfinə də hər hansı təntənəli mərasim və ya bayram banketi təşkil edilməsi nəzərdə tutulmur. Fransa rəhbərinin səfərindən fərqli olaraq Merkelin səfəri dövlət tədbiri deyil, xalis işgüzar səfərdir.
Səfərin proqramına əsasən Merkel 20 dəqiqə Trampla təkbətək danışıqlar aparacaq, sonra saatyarımlıq geniş tərkibdə görüş, yarım saatlıq mətbuat konfransı keçiriləcək, yerli vaxtla saat 14:05-də isə Merkel vətənə yola düşəcək.
Almaniya hökuməti başçısının müşavirləri brifinqdə Merkelin ABŞ-a səfərinin məqsədləri barədə məlumat veriblər. Bu brifinq bəlkə də Merkelin Ağ evdə danışıqları üçün ayrılmış vaxtdan çox davam edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]