Bu gün UEFA Çempionlar Liqasının iki yarımfinalçısı məlum olacaq
Bakı, 13 aprel, Nicat Məmmədov, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin cavab oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
İngiltərənin “Çelsi” klubu koronavirus pandemiyası səbəbindən Portuqaliyanın “Portu” komandasını İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. “Zadəganlar”ın heyətində zədəli olan Andreas Kristensen və Tyaqo Silvanın durumuna oyundan əvvəl aydınlıq gələcək. “Portu” klubunda isə itki yoxdur.
Günün maraqla gözlənilən matçı Fransada keçiriləcək. Almaniyada turnirin son qalibi “Bavariya”nı 3:2 hesabı ilə üstələmiş “Paris Sen-Jermen” yarımfinala vəsiqə üçün hətta heç-heçə və 2:1 hesablı məğlubiyyətlər də qane edir. Paris təmsilçisində Mauro İkardi, Münhen klubunda isə Niklas Süle, Duqlas Kosta, Korentin Tolisso, Serj Qnabri və Robert Levandovski zədəlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]