Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib
Bakı, 10 avqust, AZƏRTAC
Bu ilin martından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlanılıb. Ötən dövrdə 700-ə yaxın mühərrikli təkərli oturacaq həmin kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” şirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən oturacaqlar mühərrik əsasında işləyir, jostiklə idarə edilir. Jostik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 kilometr məsafə qət edirlər.
Eyni zamanda, bu il nazirlik tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, bu ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə, 1600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]