Bu il Ukrayna yollarında 822 nəfər həlak olub
Kiyev, 7 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında Ukraynada 47,5 min yol qəzası baş verib. Bu qəzalar nəticəsində 822 nəfər həlak olub, 7844 nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Yol qəzalarının 35 faizini surət həddini aşma, 20 faizini manevr qaydalarını pozma halları təşkil edib. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 45 faizi piyadaların vurulması ilə bağlıdır.
Qeyd edək ki, ötən il Ukraynada 150 min 120 yol qəzası baş verib ki, nəticədə 3350 nəfər həlak olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]