CƏMİYYƏT
Budapeşt Azərbaycan Evində Anım Günü mərasimi təşkil edilib
![](/files/galleryphoto/2022/3/1200x630/16642961595245227554_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16642961594056346249_1200x630.jpg)
Bakı, 27 sentyabr, AZƏRTAC
Macarıstanda fəaliyyət göstərən Budapeşt Azərbaycan Evində 27 Sentyabr - Anım Günü ilə əlaqədar mərasim keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli xatırladıb ki, iki il əvvəl - sentyabrın 27-də Ermənistanın xaincəsinə Azərbaycana hücumu nəticəsində 44 günlük Vətən müharibəsi başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində düşmənə sarsıdıcı zərbə vuraraq, Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın çəkən erməni işğalına son qoyub. Ölkəmizə parlaq Qələbə qazandıran, Azərbaycanın üçrəngli bayrağının yenidən Qarabağda ucaldılmasına səbəb olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının heç bir zaman unudulmayacağı vurğulanıb.
Sonra Macarıstanda yaşayan və təhsil alan soydaşlarımız Kamil Şükürov (piano), Ramil Şükürov, Kamal Aslan və Nazim Musabəylinin ifasında şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Tədbir çərçivəsində anım guşəsi təşkil edilib.