Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cari ildə qeydə alınan iqtisadi artımda xarici tələbin genişlənməsinin xüsusi payı var

Cari ildə qeydə alınan iqtisadi artımda xarici tələbin genişlənməsinin xüsusi payı var

Bakı, 17 dekabr, AZƏRTAC

Cari ilin ilk 10 ayı ərzində qeydə alınan 5,3 faizlik iqtisadi artımda xarici tələbin genişlənməsinin xüsusi payı var.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

O bildirib ki, ixracın idxalı qarşılama faizinin yüksək olması və müsbət saldonun ötən illə müqayisədə artması xarici tələbin iqtisadi artımda əhəmiyyətini möhkəmləndirib. Habelə, bu ilin 9 ayı ərzində yaranan 2,4 milyard ABŞ dollarlıq müsbət tədiyyə balansı saldosu cari hesablar balansındakı 3,9 milyardlıq cari hesablar profisitinin hesabına formalaşıb. Bu da Azərbaycanın makroiqtisadi dayanıqlığı və maliyyə sabitliyi nöqteyi-nəzərdən önəmli faktordur.

Milli Hesablar sisteminin ilk 6 aylıq verilənlərinə müvafiq olaraq ev təsərrüfatlarının və dövlət idarələrinin istehlaklarının iqtisadi artımda payının 72 faiz olduğu nəzərə alınsa, iqtisadi böyümənin daxili tələb hesabına artdığı müşahidə edilir. Amma buna baxmayaraq, idxal ilə rəqabət aparan sektorlarda daxili tələbdə idxal payının yerli istehsaldan çox olması cari hesablar balansında profisitin aşağıya doğru çəkilməsinə xidmət edir. Belə olduğu halda, qeyri-neft sektorunun daxili tələb hesabına artımı son nəticə olaraq yerli istehsalın çəkisinin və ixracatın yüksəlməsi, qeyri-neft sektorunda dayanıqlı və proqnozlaşdırıla bilən artıma gətirəcək.

2021-ci ilin oktyabr ayı verilənlərinə əsasən, ABŞ tərəfindən M2 pul aqreqatının 21,2 trilyon ABŞ dolları səviyyəsinə çatdırılması dünyada böyük likvidliyin yaranmasına səbəb olub. Başqa sözlə pul təklifini məhdudlaşdıracaq tənzimləmələrin yumşaldılması tələb və təklifin yenidən canlanmasına xidmət edir. Belə olan təqdirdə, dünya bazarlarında xarici ticarət artımların sürətli yüksəlişini müşahidə etməmək mümkün deyil. Sözsüz ki, geniş istehlak olunan məhsulların qiymətlərindəki artım da geniş pul kütləsinin tələbi tətikləməsi səbəbindən yaranır. Buna baxmayaraq, məhsul qiymətlərində artım yalnız pul kütləsi bolluğuna bağlı deyil. Burada təchizat zəncirindəki məhdudiyyətlərin yaranması, beynəlxalq miqrant böhranı, qeyri-tarif baryerlərində yeni yanaşmalar və enerji qiymətlərindəki artım ilə əlaqədardır.

Beynəlxalq iqtisadiyyatın yenidən canlanması, epidemiya səbəbindən ertələnən tələbin yüksəlməsi, habelə beynəlxalq birjalarda qiyməti formalaşan əmtəələrin və ayrı-ayrılıqda məhsulların qiymətlərinin yüksəlişi Azərbaycanın qeyri-neft ixracını bu ilin 10 ayı ərzində 42, 11 ayı ərzində isə 44 faiz artırıb. Neft-qaz qiymətlərinin artımı kimya və plastmas, kauçuk və rezin məmulatları bazarında qiymətlərin yüksəlməsi ilə nəticələnib. Cari ilin xarici ticarət statistikasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan məhsullar üzrə qiymət artımı 46 faiz təşkil edib. İxracın qiymət indeksində artım mineral məhsullar, xüsusilə neft və qaz (52 faiz), heyvan və bitki mənşəli məhsullardan alınan piylər və yağlar (34 faiz), plastmas, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar (34,9 faiz), üzvi kimyəvi birləşmələr (39,3 faiz), azqiymətli metallar və ondan hazırlanan (33,4 faiz) məmulatlarda görünən qiymət artımı ilə əlaqədardır. Neft-qaz istisna olmaqla, sözügedən istiqamətlər qeyri-neft ixracında drayver rolunu oynayır.

İdxal məhsullarında da ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faizlik artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin 10 aylıq inflyasiya göstəricilərinə görə daxili bazarda ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faizlik, ərzaq məhsullarında 7,4 faizlik, qeyri-ərzaq məhsullarında isə 4,8 faizlik artım müşahidə edilib. Yalnız noyabr ayı etibarı ilə ərzaq, içkilər və tütün məmulatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faizlik artım qeyd alınıb. Aparılan hesablamalara əsasən, hazır qida məhsulları, içki və tütün ilə əlaqədar sektorlarda idxal məhsullarının payı daxili tələbdə 20-21 faiz civarında dəyişir. Daxili bazarda istehsal olunan və emal edilən qida məhsullarının böyük əksəriyyəti yerli istehsal hesabına formalaşır. Statistik təhlillərə əsasən, emal edilən ərzaq məhsulları, içki, tütün və onlardan hazırlanan məmulatların 72 faizi hazır məhsullardır.

Emal edilən yerli qida məhsulların tərkibində idxal komponentlərinin çoxluğu həmin məhsulların qiymətində də artım ilə nəticələnir. Emal prosesi zamanı istifadə edilən avadanlıqlar və onların ehtiyat hissələri sərmayə məhsulu kimi, qablaşdırmada istifadə edilən plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materialları isə aralıq məhsulları olaraq Azərbaycana idxal edilir. Sözügedən aralıq məhsullar üzrə xam maddəyə malik plastmas və ondan hazırlanan məmulatlar, qeyri-üzvi kimya sənayesi məhsulları və onun məmulatlarının dünya bazar qiymətlərində artımı yerli və idxal məhsullarının dəyərinə təsir edir. Ərzaq məhsullarının qablaşdırılma materiallarının xammalı olan plastmas və ondan hazırlanan məmulatların 90 faizdən yuxarı hissəsi xarici tələbin qarşılanması üçün istehsal olunur. Eyniadlı sektor üzrə isə Azərbaycanın idxalında daxili tələbin payı yüksəkdir. Adıçəkilən sektor müxtəlif sənaye məhsullarının qablaşdırılması və təhlükəsiz çatdırılmasında xammal rolunu oynayır ki, bu, Azərbaycanın müqayisəli üstünlüyünə səbəb olur. Yuxarıda qeyd edilən faiz dərəcəsinə müvafiq olaraq vurğulanmalıdır ki, plastmas, kauçuk, rezin və onlardan hazırlanan məmulatların əsas istehlakçısı ev təsərrüfatları deyil, firmalardır. Azərbaycanda sözügedən sektorun ixrac payına baxdıqda məhsulların sektor üzrə yüksək konsentrasiyaya malik olduğunu müşahidə edə bilərik. Plastmas və ondan hazırlanan məmulatlar üzrə Azərbaycanın xarici ticarəti 146 mal üzərindən aparılır ki, onun da yalnız 55-ni Azərbaycan ixrac edir. Habelə, ixrac edilən məhsulların yalnız 10-u 300 min ABŞ dolları üzərində ixraca malikdir. Nəticə etibarilə, idxalda vertikal diversifikasiya daha yuxarı olduğu qənaətinə gəlmək olar.

İxracyönümlü istiqamətə malik hər iki sektor qeyri-neft ixracının artımında birbaşa rola malikdir. Buna baxmayaraq, məhsul və coğrafi baxımdan diversifikasiya günün aktual çağırışları olaraq qalır. 2021-ci ilin ilk 10 ayının statistikasına əsasən, Azərbaycanın mal və məhsullarının sayı digər dünya ölkələrinin xarici ticarətində 4271 ədəd olub. Sözügedən mal və məhsulların ticarətində Azərbaycanın payı 40,9 faiz təşkil edib. Mal və məhsulların sayının ötən illə müqayisədə artmasına baxmayaraq, vertikal diversifikasiya aktuallığını qoruyur. Müasir dövrdə yüksək əlavə dəyər yaratma, müxtəliflik və nadirlik prinsipi ixracda dayanıqlılıq və rəqabətlilik baxımından əhəmiyyətlidir. Diversifikasiya yalnız məhsul sayının artımını ilə deyil, həmçinin müxtəlif keyfiyyətlərə malik ixracın əhəmiyyətini diqqətə çatdırır. Yerli məhsulların istehsal mürəkkəbliyinin təmin edilməsi həm ixrac, həm də rifahın artmasına müsbət təsir edəcək. Diversifikasiya və keyfiyyət komplementarlıq təşkil etdiyi halda, ixrac sofistikasiyası yüksələcək. Sofistikasiyalaşmış məhsullara əsasən sərmayə tutumlu və hazır məhsullar şamil edilir. Sərmayə malları Azərbaycanın idxalında 15 faiz paya malikdir. Milli istehsalın məhsuldarlıq göstəricilərinin artırılması Azərbaycana transfer edilən texnologiyalardan asılıdır. Lakin Azərbaycanın orta və yüksək texnologiyaların istehsal və ixrac mərhələsinə qədəm qoyması nəinki qeyri-neft sektorunda əlavə dəyərin yüksəlməsinə, həmçinin adambaşına düşən milli gəlirin də artımına səbəb olacaq. Harvard Universitetinin professorları tərəfindən ixrac sofistikasiya indeksinin də açılışı rifahı hədəfləyən bir yanaşmadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb