“Caspian Development Bank” “Elektron hökumət” portalına qoşulub
Bakı, 11 mart, AZƏRTAC
“Elektron hökumət” portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olunub. “Caspian Development Bank” bu gündən etibarən kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara “Elektron hökumət” portalı üzərindən daha rahat xidmət təqdim edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.
Qeyd edək ki, hazırda bank sektorunda geniş tətbiq olunan e-arayışlar kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradır. Arayışın elektron qaydada təqdim edilməsi həm istifadəçiyə, yəni müştəriyə, həm də bank sisteminin özünə xeyli üstünlüklər qazandırır.
Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən artıq bank və kredit təşkilatları tətbiq edir. Hazırda portal tərəfindən 12 arayış vətəndaşlara təqdim olunur ki, bununla da banklar və kredit təşkilatları portala qoşulmaqla, vətəndaşlardan fərdi məlumatlar üzrə kağız daşıyıcıda sənəd tələbi ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]